25/08/2019 22:49
728 x 90

Paşinyan Avrasiya Birliyinin İrəvan iclasında özünü də, Medvedyevi də pis vəziyyətdə qoydu...

img

Avrasiya Birliyinin İrəvanda keçirilən iclasında maraqlı insident baş verib.

Baki-xeber.com-un xəbərinə görə, sənədlərin uzunmüddətli razılaşdırılmasının ardından Ermənistan Baş naziri Nikol Paşinyan çoxmənalı şəkildə “İndi də keçirik...” ifadəsini işlədib və bunun cavabında Rusiya Baş naziri Dmitri Medvedyev “Hara keçirik” deyə soruşub. Mükalimə o qədər qəribə səslənib ki, iştirakçıların qəhqəhəli gülüşünə səbəb olub. Yalnız bundan sonra Paşinyan “sənədlərin imzalanmasına” deyərək fikrini tamamlayıb.

Erməni mətbuatı yazır ki, sözügedən insident İlf və Petrovun məşhur “12 stul” filmindəki bir səhnəni xatırladıb və gülüşmə də bu üzdən yaşanıb. Xatırladaq ki, filmdəki həmin fraqmentdə Dumanın sabiq deputatı Kisa Vorobyaninov tələbə qızla nahar etdikdən sonra çoxmənalı şəkildə ona “indi də keçək nömrəyə” deyir... Erməni mətbuatı ehtimal edir ki, Medvedyev elə bu səhnəni xatırlayıb və gülüşmə də bu üzdən düşüb. Pərt vəziyyətdə qalan Paşinyan isə sonradan situasiyanı düzəltməyə çalışaraq deyib ki, sənədlər üzərində işlədiklərindən hamı çox yorulmuşdu və kofe istəyirdi...

 

Son xəbərlər