20/11/2019 08:13
728 x 90

"Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" forumunun keçirilməsinə qərar verildi

img

Mərkəzi Almaniyada yerləşən Dünya Azərbaycanlıları Assambleyası və mərkəzi İsveçdə yerləşən Dünya Azərbaycanlıları Milli Birliyi Təşkilatı "Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" forumunun keçirilməsinə qərar verilib.

Baki-xeber.com-un xəbərinə görə, forumun keçirilməsi ilə bağlı qərar hər iki təşkilatın idarə heyətində müzakirə edilib və bu fikir dəstəklənib. Forumun keçiriləcəyi yerlər arasında müzakirə olunan ölkələr Avstriya, Almaniya, İsveçrə və Belçikadır. Bununla yanaşı, təkliflər arasında digər ölkələr də var. Bu günlərdə yayımlanacaq geniş açıqlamada yer və tarixlə bağlı geniş məlumat veriləcək. Dünyaya səpələnmiş soydaşlarımızın vahid qurum ətrafında təşkilatlandırılması, Azərbaycanın işğala və təcavüzə məruz qalması ilə bağlı beynəlxalq qurumları məlumatlandırmaq, bir çox ölkələrin təşkilat təmsilçiləri ilə münasibət quraraq dünyada sülhün təbliği istiqamətində iş aparmaq forumda müzakirə olunacaq əsas mövzular sırasındadır. Foruma 30-a yaxın ölkədən 200-ə yaxın nümayəndə heyətinin qatılacağı gözlənilir.

Son xəbərlər