Cümə axşamı günü, 15 oktyabr 2026
     

Mehriban xanım İçərişəhərlə bağlı məqsədli ajiotajı dayandırdı

Image


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ətrafında yaradılan süni ajiotaja son qoyuldu. Belə ki, aprelin 26-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə şəxsən tanış olub.

Birinci vitse-prezident bildirib ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir: “Bakımızın, doğma Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı. Mənim yadımdadır, Novruz bayramında cənab Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq. Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib. Burada yeni aşkar olunmuş tarixi abidəmiz – hamam bərpa olunur. Onu da qeyd etmək istəyirəm ki, son illər İçərişəhərdə Qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər də cəlb olunub. Bu da çox gözəl bir haldır. Ona görə siz bir daha nəzarət edin. Birincisi, əlbəttə, biz İçərişəhərimizi çox qorumalıyıq, çox diqqətli olmalıyıq. İkincisi, İçərişəhərdə yaşayan sakinlərin maraqları nəzərə alınmalıdır. Eyni zamanda, mən əminəm ki, sahibkarlar üçün də bura doğma, əziz və ölkəmizin ən vacib tarixi abidələrindən biridir. Siz də yanaşmalarınızı məhz bu səmtdə qurmalısınız. Bir də onu qeyd etmək istəyirəm ki, gələcəkdə belə hallarla üzləşməmək üçün biz gərək ictimaiyyətə dolğun, geniş informasiya verək. Hətta İçərişəhərdə hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa, bu işləri başlamazdan əvvəl biz ictimaiyyətə geniş şəkildə məlumat verməliyik. Onda biz belə halların qarşısını alarıq. Mən çox yaxşı başa düşürəm, insanlar narahat olublar. Çünki 1954-cü ildə dağılmış divarın rəsmlərini qəsdən indi qoyub və bugünkü hal kimi təqdim ediblər. Mən yenə də deyirəm, o insanlar haqqında danışmaq istəmirəm. Amma mən narahat olan o biri insanları çox yaxşı başa düşürəm. Belə hallarla, belə yalanlarla üzləşməmək üçün biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq. Ona görə bir daha deyirəm, bir daşa da ziyan dəyməməlidir. İçərişəhərimiz gözəldir, bizim sərvətimizdir, bundan sonra da biz onu qoruyub saxlayacağıq, gələcək nəsillərə eyni şəkildə təhvil verəcəyik”.

Göründüyü kimi, Mehriban xanım Əliyeva da bu mövzu ətrafında məqsədli qüvvələrin manipulyasiyalar apardığını bildirib. Eyni zamanda məlum olub ki, İçərişəhərlə bağlı deyilənlərin heç bir əsası yoxdur, dövlət öz tarixi abidələrinin taleyinə hamıdan daha diqqətlə yanaşır və onların qorunmasında maraqlıdır. Sonra birinci xanım Mehriban Əliyeva “BBC News” Azərbaycanın müxbirinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə bağlı suallarını cavablandırıb. Eyni zamanda, Mehriban Əliyevaya məlumat verilib ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Ölkənin Birinci vitse-prezidentinin bu məsələyə şəxsi müdaxiləsini necə dəyərləndirmək olar? Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məsələnin ajiotaj səviyyəsinə çatmasında müxtəlif maraqlı qüvvələrin olmasını qəbul edə bilərik: “Amma gəlin, bu məsələdə Qoruq İdarəsi rəhbərliyinin də məsuliyyətini kənara qoymayaq. İnsanların bu məsələ ilə bağlı maraqları İçərişəhər Qoruq İdarəsi tərəfindən təmin olunmadığı üçün məsələ ətrafında ajiotaj yarandı və həqiqətən də haqlı narazılıqlara səbəb oldu. Təsəvvür edin ki, bütün çağırışlara rəğmən bir neçə gün susmağa üstünlük verən Qoruq İdarəsi hətta sosial şəbəkələrdəki sorğuları belə bloklayırdı. Bir neçə gündən sonra məsələyə Qoruq İdarəsinin rəisi tərəfindən verilən mücərrəd cavab isə vəziyyəti daha da gərginləşdirdi və bu da sonunda ölkənin Birinci vitse-prezidentinin şəxsən məsələyə qarışmasına səbəb oldu. Görünən budur ki, İçərişəhər Qoruq İdarəsi məsələyə vaxtında reaksiya verərək ictimaiyyəti məlumatlandırsaydı, yəqin ki, belə yüksək səviyyədə müdaxiləyə də ehtiyac olmazdı. İstənilən halda, ölkə rəhbərliyinin sosial şəbəkələrdə ictimailəşən mövzulara belə operativ reaksiya verməsi təqdirəlayiqdir. Bu həm də dövlətin tarixi irsinə verdiyi qiymətin ən yüksək göstəricisi sayıla bilər. Eyni zamanda, bununla bütün söz-söhbətlərə son qoyulmuş oldu”.

Respublikanın tanınmış dizayneri, Bakı ilə bağlı bir neçə tərtibatın və layihənin müəllifi Rəsul Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, aprelin 21-i gecə İçərişəhər DTMQ idarəsi öz Facebook şəbəkəsində ərazi barəsində gedən söz-söhbətlərlə bağlı press-reliz yaymışdı: “ Mən bununla bağlı foto və videonun olduğunu bölüşdüm və etirazımı bildirdim. Bundan sonra mənə cavab olaraq əraziyə gəlib mövcud vəziyyətlə tanış olmağa dəvət etdilər. 22 aprel səhər saatlarında əraziyə getdim, lakin hər tərəf bağlı olduğu üçün içəridə hansı tikililərin olduğunu görmək mümkün deyildi. Çünki Bakını sevən, onun tarixini qorumağa çalışan biri kimi bu məni çox narahat edirdi. Bundan sonra İçərişəhər DTMQ idarəsinə yaxınlaşdım. Qapıda əyləşmiş məlumat mərkəzinin işçisi əvvəlcə ora gedə biləcəyimizi dedi. Sonra isə bir neçə yerə zəng etdilər və nəticədə mümkünsüz olduğunu bildirdilər. İdarənin heç bir səlahiyyətli şəxsi belə bizimlə görüşmək istəmədi. Bundan başqa, idarə hər hansı vizual materialları təqdim etməkdən boyun qaçırdı. Həmin gün elə bu barədə şikayətimi video müraciət çəkərək etdim. Videonun altında İçərişəhər DTMQ idarəsi aparatının sədri Riad Qasımov istehza ilə fikirlər bildirdi. Elə hadisələrin böyüməsinin əsas səbəbi də buradan başladı. Aparat sədri Riad Qasımov və Qoruq İdarəsinin mətbuat katibi Rahib Azəri narahat olub etiraz edənlərə cavab vermək əvəzinə, onlara borclu çıxarmaqla kifayətlənirdilər. Bütün bu söz-söhbət insanları qıcıqlandırdı və köhnə məsələlərin də açılmasına gətirib çıxardı. Baş verən hallara görə ilk növbədə İçərişəhər DTMQ İdarəsinin tərkibinə yenidən baxılmalı və oraya peşəkarlar dəvət olunmalıdır. O insanlar ki, ictimaiyyətlə normal əlaqə qura və onları dinləyə bilirlər. Fikir versəniz, məhz bu məqamı hörmətli Mehriban xanım da öz açıqlamasında qeyd etdi. Bildirdi ki, vaxtında görülən işlərin mahiyyəti ilə bağlı ictimaiyyətə məlumat verilsəydi belə nəticə olmazdı. İstənilən halda, ölkənin Birinci vitse-prezidentinin məsələyə müdaxiləsi bütün əsası olmayan söz-söhbətlərə son qoymuş oldu”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:34
Tramp Vaşinqtonun İranda kimlərlə danışıq apardığını bilmir…

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ