Cümə axşamı günü, 15 oktyabr 2026
     

Formula yarışları tarixində Bakıdakından da qat-qat ağır faciəli qəzalar - “Lyuk” qəzaları tək Bakıdamı olub?

Image


Beynəlxalq “Formula-1” avtoçempionatının Bakı Qran-Prisinin ilk günündə “Williams” komandasının pilotu Corc Rasselin ilkin təsnifat praktikası yürüşü zamanı qəzaya uğraması sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Çox maraqlıdır ki, bunu sevinclə qarşılayanlar da var. Ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər yarışı əvvəlcədən qaralama yolunu tutanlar bu hadisəni hətta “bayram” edirlər. Sanki dünyada belə bir hadisənin baş vermədiyini bəyan edərək, Azərbaycanın dünyada biabır olduqlarını yazırlar. Hətta vəziyyət o yerə çatıb ki, bəzi müxalifət liderləri az qalırlar sevinclərini kanalizasiya “lyuk”ları ilə selfi çəkdirməklə ifadə etsinlər.

Görünür, baş verən qəzanı bayram edənlər “Formula-1” yarışları tarixinə dərindən bələd deyillər. İnternet üzərindən apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, məhz bu yarışlar zamanı “lyuk”larla bağlı olan qəzaların sayı kifayət qədərdi. Bununla yanaşı, yarışlar zamanı pilotların ölümü ilə nəticələnən hallar da az olmayıb. “lyuk”larla bağlı yaranan qəzalar onunla izah edilir ki, “Formula-1” yarışlarında trasa çıxarılan bolidlər çox yüksək sürətlə hərəkət etdiyindən, onların altında böyük hava təzyiqi yaranır. O təzyiq də yarışın keçirildiyi trasdakı drenaj sistemlərinin "lyuk"larını yerindən qoparmağa yetərlidir. Çünki kanalizasiya "lyuk"unu hava axını yuxarı dartır. Gəlin, “Formula-1” yarışlarında kanalizasiya "lyuk"u ilə bağlı baş verən analoji qəzalara nəzər salaq:

Monako Qran-Prisi, 2016-cı il - İngilis çempion Censon Batton bolidi güclü zərbə aldı, ön antiqanad darmadağın oldu. Detallar hər tərəfə səpələndi. Səbəb kanalizasiya "lyuk"u idi. Niko Rosberq bir qədər əvvəl keçərək çuqun "lyuk"un qalxmasına səbəb olmuşdu.

Monako Qran-Prisi, 2010-cu il - Braziliyalı pilot Rubens Barikkello da 2010-cu ildə eyni vəziyyətə düşmüşdü. O da Rosberq təki kanalizasiya "lyuk"unun üstündən keçəndə "lyuk" qəflətən qalxıb və bolidin arxa hissəsi ilə sol təkərə dəyib.

Çin Qran-Prisi, 2005-ci il - 2005-ci ildəki yarışda kanalizasiya "lyuk"u Xuan-Pablo Montoyyanın bolidini sıradan çıxarmışdı. 20 kq ağırlığında "lyuk" bolidin alt hissəsinin böyük qismini darmadağın etmişdi.

Şanxay Qran-Prisi, 2004-cü il - Yarış zamanı kanalizasiya "lyuk"u Bernd Maylanderin bolidini az qala məhv edəcəkdi. Məlum oldu ki, "lyuk"lar qaynaq edilməyib.

Monreal Qran-Prisi, 1990-cı il - İsveçrənin “Bryuon” komandasının ispan pilotu Hesus Pareyya həmin gün Kanadanın Monreal şəhərində, Jil Vilnöv adına trasda yarışa çıxmışdı. “Porsche 962″nin sükanı arxasında olan pilot öndəki bolidin yaratdığı”qraund-effekt” nəticəsində yerindən qaldırdığı kanalizasiya "lyuk"unun “qurban”ı oldu. "Lyuk"un zərbəsi nəticəsində bolid zərbədən kənara atıldı, yanacaq bakı deşildi, yanğın başladı. Tüstü bürümüş trasa çıxan marşallar yarışı dayandırdılar. Malayziya Qran-Prisi, 2017-ci il - Fransız pilot Romen Qrojan “Sepanq” avtodromundakı ikinci praktikada drenaj sisteminin nasazlığı ilə üzləşdi. Fin pilot Valtteri Bottasın “Mercedes”inin sürətinin havaya qaldırdığı kanalizasiya "lyuk"u Qrojanın bolidinin arxa sağ təkərinə dəydi. FİA insidenti kanalizizasiya "lyuk"larının qaynaq tikişlərinin köhnəlməsi ilə izah etdi…

Avtoidman dedikdə, gözümüzün qabağına ilk növbədə sürət gəlir. Sürətin olduğu yerdə isə təhlükə hər zaman var. "Formula 1" onlarla pilotun ölüm səbəbi olub. Gəlin, "Formula 1" tarixindəki məşhur və ölümlə nəticələnən qəzalara diqqət edək:

 Kameron Örl "Formula 1" bolidində həlak olan ilk pilotdu. Onun ölümüylə nəticələnən qəza 18 iyun 1952-ci ildə baş verib. Aqustin Marimon 31 iyun 1954-cü ildə Almaniya Qran Prisi sərbəst yürüşlərində həlak olub. Luici Musso 6 iyul 1958-ci ildə Fransa Qran-Prisində həlak olub. Peter Kollins 3 avqust 1958-ci ildə Almaniya Qran-Prisində həlak olub. Deyilənlərə görə, onun həlak olması həmin ilin dünya çempionu Mayk Havzorna çox təsir edir və mövsümün sonunda o, karyerasını bitirir. Jim Klark 7 aprel 1968-ci ildə "Formula 2"-də həlak olsa da, adını bu siyahıda qeyd etmək istədim. O, "Formula 1" üzrə ikiqat dünya çempionudu. Yoşen Rindt həyat yoldaşına söz veribmiş ki, çempion olarsa karyerasını bitirəcək. Ancaq faciəvi şəkildə və yerdəyişmə ilə də olsa, dediyini "edir". 1970-ci İtaliya Qran-Prisinin sərbəst yürüşlərində qəzaya uğrayır və 5 sentyabr 1970-ci ildə həlak olur. Çempionatın lideri olan Rindtin ölümündən sonra mövümün qalan 3 yarışında da heç kim xal hesabında onu keçmir və yekunda Rindt çempion olur. Çempionluq kuboku isə onun həyat yoldaşı Nino Rindtə təqdim olunur. Rindt ölümündən sonra çempion olmuş yeganə pilotdu. Roje Vilyamsonun ölümü "Formula 1" tarixinin ən böyük biabırçılıqlarından biridi. 29 iyul 1973-cü ildə Hollandiya Qran-Prisində qəzaya uğrayan pilotun bolidi aşır və mühərrik alışır. Amma başqa bir pilot - David Purley bolidini saxlayır və ona köməyə qaçır. Lakin bir müddət başqa heç kim yaxınlaşmır. Yarış isə davam edir. Bir az sonra isə 3-4 marşal "kömək üçün" yaxınlaşır, amma onlar kömək edən Purleyi ordan uzaqlaşdırmağa çalışırlar. Özlərinin müdaxiləsi isə artıq gecikmiş müdaxilə idi və Vilyamson yanaraq həlak olur. Purley və o davranışı bütün "Formula 1" sevərlər tərəfindən hörmətlə xatırlanır. François Cevert 6 oktyabr 1973-cü ildə ABŞ Qran-Prisində sıralanma mərhələsində həlak olub. Tom Prays 5 mart 1977-ci ildə Cənubi Afrika Qran-Prisində Tomun ölümü ilə nəticələnən qəza, "Formula 1" tarixinin bəlkə də ən dəhşətli qəzasıdı. Yarışda Renzo Zorzinin mühərriki alışır və o, yolun sol tərəfində dayanmalı olur. Trasın iki yanğınsöndürən işçisi ona kömək üçün gəlir. Onlar yolun sağından soluna keçməli idilər. 25 yaşı olan Vilyam Bill qabaqda, 19 yaşlı Frederik Jansen van Vuuren isə onun arxasında yolu keçir. Vuuren 18 kq-lıq yanğınsöndürən balonu daşıyır. Bu əsnada yarış davam edir. Döngədən çıxan Hans Stuk onları görür və bolidini bir qədər sağa çəkərək, az fərqlə yanlarından keçə bilir. Amma düz onun arxasınca gələn Prays onları görə bilmir. Vilyam Bill yolu artıq keçsə də, Prays van Vuureni vurur. Toqquşma o qədər şiddətli olur ki, van Vuurenin bədəni iki yerə bölünür. Və ən dəhşətlisi, qəza anında Vuurenin əlindəki balon Praysın başına dəyir və Prays da yerindəcə həlak olur. Ronni Peterson 11 sentyabr 1978-ci ildə keçirilən İtaliya Qran-Prisinin startında qəza nəticəsində baş vermiş güclü yanğında ağır zədələnir. Hospitalda vəziyyəti yaxşı olur və həkimlər ayağında yanıq xəsarəti olduğunu bildirirlər. Lakin gecə onun vəziyyəti qəflətən ağırlaşır və səhər vəfat edir. Jil Vilnöv 8 may 1982-ci ildə Zolder trasında keçirilən Belçika Qran-Prisinin təsnifat mərhələsində ağır qəzada həlak olur. Bolidi aşır və Vilnövü havaya sovurur. Ağır bədən xəsarətləri alan Vilnöv helikopterlə xəstəxanaya çatdırılsa da, axşam ölür. Kanada Qran-Prisinin keçirildiyi trasa onun adı verilir. 1997-ci ildə dünya çempionu olan Jak Vilnöv onun oğludu. Roland Ratzenberger 30 aprel 1994-cü ildə "Formula 1" tarixinin faciələrlə yadda qalan yarışı olan, 1994-cü ildə Bolonya şəhərindəki İmola trasında keçirilən San-Marino Qran-Prisində təsnifat mərhələsində həlak olub. 320 km/saat sürətlə gedərkən ön qanad qırılaraq bolidin altına düşür. İdarəetməni itirən Ratzenberger elə bu sürətlə baryerlərə çırpılır. Baş sümüyü qırılan pilot yerindəcə həlak olur. Hər kəs bir gün sonra həlak olan əfsanəvi pilot Ayrton Sennanın dəfninə gedərkən, o dövrün FİA prezidenti Maks Mosli avstriyalı pilotun dəfninə gedir. Bu haqda isə "Hamı Senna üçün Braziliyaya getdi, bura da kimsə gəlməli idi" deyir. "Formula 1" tarixinin müəmmalarla dolu, ən çox danışılan və ən faciəvi hadisəsidi Sennanın ölümü. 1994-cü ildə dövrün ən güclü komandası olan "Vilyams"a keçən Sennanın işləri düz getmir. "Vilyams"a üstünlük verən sistemlər qadağan olunur. San-Marino Qran-Prisində təsnifat mərhələsində özünün sürətli dövrəsini vuraraq qaraja qayıdarkən Ratzenbergin qəzaya uğradığını televizordan görür. Avstriyalı pilotun qəzasına görə təsnifat mərhələsi yarımçıq saxlanılır və Sennanın dövrəsi ən sürətli olur. Ratzenbergerin ölümündən çox məyus olan Senna növbəti gün, 1 may 1994-cü ildə yarışa ən qabaqdan başlayır. Qəzalarla dolu olan yarış da hadisə ilə başlayır. Startda arxa yerlərdən yarışa başlayan Pedro Lami mühərriki işə düşməyən Letonun bolidinə çırpılır. Təhlükəsizlik maşını trasa girir və 6-cı turda trası tərk edir. Senna 1-ci, sonradan 7 qat dünya çempionu olacaq Mixael Şumaxer isə 2-ci yerdə gedir. 7-ci dövrədə 306 km/saat sürətlə Tamburelo döngəsinə (sola doğru az meylliyi olan sürətli döngə idi. Tamburelo çayı ilə tras arasında Tamburelo divarı var və döngə adını bu çaydan götürüb) girən Senna hələ də bəlli olmayan səbəbdən sükanı sola döndərə bilmir və son bir həmlə ilə sürəti 218 km/saata salsa da, bolidi Tamburelo divarına çırpılaraq geri - trasa qayıdır. Yarış qırmızı bayraqlarla dayandırılır. Onun bədənində heç bir zədə yox idi. Yarışdan əvvəl sükanın özünə çox yaxın olduğunu dediyinə görə, sükan mili kəsilərək qısaldılmış, yenidən qaynaq edilmişdi. Qəza zamanı da mil qaynaq yerindən qoparaq onun dəbilqəsini də deşərək beyninə girir və Ayrton Senna həlak olur. Bu qəzadan sonra uzun illər "Vilyams" komandasının rəhbərliyinə qarşı qapalı məhkəmələr keçirilir. Həmin bolidi hazırlayan, "Formula 1"-in dahilərindən olan Adrian Nyui bir neçə il əvvəl "Senna hadisəsi məni qocaltdı, saçlarım o hadisədən sonra töküldü" demişdi. Ayrton Senna və onun qəzası barədə gələcək yazıların birində sizə geniş məlumat verəcəm. Jül Byançi Ayrton Sennanın həlak olmasından sonra "Formula 1"-də təhlükəsizlik çox gücləndirildi və 20 il ərzində ölümcül qəza olmadı. 5 oktyabr 2015-ci ildə Yaponiya Qran-Prisində yağışlı havada Adrian Sutil qəzaya uğrayır. Bu qəzadan az sonra Byançinin bolidi su şırnağında sürüşür və trasdan çıxaraq Sutilin bolidinin təxliyəsini edən texnikayla toqquşur, daha doğrusu, bolidi texnikanın altına girir. Komaya düşərək 9 ay bu vəziyyətdə qalan pilot 17 iyul 2015-ci ildə vəfat edir…

Göründüyü kimi, sürətin hakim olduğu bu yarışlarda istənilən növ qəzaların olması labüddür. Hər halda, bunu əlində bayraq edənlərin təqdim olunan məlumatları yaxından izləməsi daha məqsədəuyğun olardı.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:34
Tramp Vaşinqtonun İranda kimlərlə danışıq apardığını bilmir…

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ