23/07/2019 22:28
728 x 90

Paşinyanın siyasi komandası Avrasiya İttifaqının İrəvan forumundan kənarda qaldı (?)

img

Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi siyasi güc Avrasiya İqtisadi İttifaqının İrəvan forumuna qatılmayıb.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistanın 168 jam qəzeti yazır.  Bildirilir ki, hakim “Vətəndaş sazişi” partiyasından heç kəs Putinin “Vahid Rusiya” partiyasından nümayəndələrin və digər 7 ölkədən partnyorların iştirak etdiyi tədbirə qatılmayıb. Qəzetin xəbərinə görə, Paşinyanın komandası həmin tədbirə nə iştirakçı, nə qonaq, nə də müşahidəçi qismində qatılıb. Bu isə, partiyalararası əlaqələrin hökumətlər arasında gələcək əməkdaşlığın inkişafı üçün önəmi nəzərə alınarsa, özlüyündə çox vacib siqnaldır.

“Beləliklə, ruslarla Paşinyanın siyasi partiyası arasında hər hansı kontaktın olmaması erməni Baş nazirlə Rusiya arasında ciddi problemlərin olmasından xəbər verir” – xəbərdə deyilir.

Son xəbərlər