20/05/2019 01:07
728 x 90

Lavrov ATƏT sədri ilə Qarabağ problemini müzakirə edəcək

img

RF xarici işlər naziri Sergey Lavrov və ATƏT Baş katibi Tomas Qreminger Qarabağ münaqişəsini aprelin 24-də müzakirə edəcək.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə həftəlik brifinqdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova jurnalistlərə bildirib. Onun sözlərinə görə, görüş aprelin 24-də Moskvada keçiriləcək  illik beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutacaq. Zaxarova deyib ki, ATƏT Baş katibi beynəlxalq təhlükəsizlik üzrə VIII Moskva konfransında iştirak etmək üçün göstərilən tarixdə Moskvada səfərdə olacaq və ATƏT-in səlahiyyətində olan bir çox məsələlər müzakirəyə çıxarılacaq. “Bu sırada Avroatlantika məkanında hərbi-siyasi vəziyyətin deeskalasiyası, terrorizmlə, narkotəhlükə və kibertəhlükəsizliklə mübarizədə əməkdaşlıq kimi məsələlərin müzakirəsinə geniş yer ayrılacaq”- o deyib.

Son xəbərlər