Prezident İlham Əliyev Fransanın paytaxtı Parisdə 8 əsr yaşı olan Notr Damm Kilsəsinin yanmasına özünün tvitter səhifəsində təəssüfünü bildirib.
Baki-xeber.com-un xəbərinə görə, Azərbaycan Prezidenti tvitter hesabında yazıb:”Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr Damm Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim. Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”.