“Azərbaycan rəhbərliyi ordusunu müharibəyə deyil, sülhə hazırlamalıdır”.
Bu sözləri Ermənistanın Müdafiə naziri David Tonoyan bu günlərdə “Erablur” hərbi panteonunda hərbçilərlə görüşündə deyib. Bildirib ki, onlar müharibə deyil, sülhün təşviq olunmasının tərəfdarıdırlar və Azərbaycan rəhbərliyindən də bunu gözləyirlər. Halbuki, daha öncə Nyu Yorkda erməni lobbisinin üzvləri ilə görüşündə o, “sülhə qarşılıq ərazilərin qaytarılması” formulunun heç vaxt həyata keçməyəcəyini, hətta əksinə, “yeni müharibənin yeni ərazilər demək olduğunu” bildirmiş və bununla da ölkəsinin təcavüzkar mahiyyətini bir daha sərgiləmiş olmuşdu. Bu gurultulu bəyanatının ardından David Tonoyanın birdən-birə sülhün kəskin müdafiəçisi kimi çıxış etməsi maraq doğurur.
Heç şübhə yoxdur ki, erməni nazirin öz mövqeyində belə kəskin dönüş etməsində Azərbaycan XİN rəhbərinin bu günlərdə dediyi “mənimlə anlaşa bilməyənlər Müdafiə naziri ilə anlaşmalı olacaq” ritorikası ciddi rol oynayıb.
Görək, daha hansı sözlərini dəyişməli olacaqlar...
SAMİRƏ