Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi bir il ərzində kənd təsərrüfatında ciddi enişin olduğunu etiraf edib.
Baki-xeber.com-un xəbərinə görə, 2018-ci ilin yekunları ilə bağlı martın 28-də keçirilən hökumət müşavirəsində o deyib ki, bu geriləmə əsasən ziyanvericilərlə (!) bağlı olub. Paşinyan onu da deyib ki, ziyanveriilərdən əlavə, geriləmənin daha bir səbəbi yanlış planlaşdırma və “kölgə” bağları olub ki, bu faktları hökumət artıq aşkara çıxarıb.