Cümə axşamı günü, 15 oktyabr 2026
     

Xəzər Universitetinin keçmiş müəllimi Hamlet İsaxanlıya ağır ittihamlar dedi

Image


 

“Mən sözümü məhkəmədə deyəcəm”

“Heç olmasa, məni görüşə də dəvət etmədilər və şifahi şəkildə "İstəmirsə, gedə bilər" dedilər”

“Hər il tələbələrdən yığılan milyonlarla pul hara xərclənir?”

Son günlər sosial şəbəkələrdə və internet mediada ən çox müzakirə edilən məsələlərdən biri Xəzər Universitetində müəllim, fəlsəfə doktoru Mail Yaqubla universitet rəhbərliyi arasında yaşanan qalmaqaldır. Bu gün də öz aktuallığını qoruyan hadisə barədə müxtəlif fikirlər mövcuddur. Bildirilənə görə, M.Yaqub sözügedən universitetin rektorunun qanunsuz əməllərinə görə istefa ərizəsi yazaraq bu ali məktəblə əməkdaşlığa son qoyub. Fəlsəfə doktoru, dosent M. Yaqub bir sıra məsələlərə etiraz əlaməti olaraq işdən ayrılandan sonra Xəzər Universiteti tərəfindən müəllimin ünvanına kəskin ittihamlar səsləndirilib. Universitetdən mətbuata verilən açıqlamaya görə, Mail Yaqub çalışdığı müəssisədə gənc həmkarlarına və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan biri olub.

Müəllim isə haqqında səsləndirilən ittihamların heç birində həqiqət payı olmadığını qeyd edir. Universitet tərəfindən M.Yaqub hətta əxlaqsızlığa görə də suçlanır. “Xəzər Universitetinin ittihamlarında 4-5 nüans var.  Birincisi, "Mail Yaqub gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər edib”-deyə bildirilir.  Qeyd edilənə görə, M.Yaqubun istefa verməsinin səbəblərindən biri burada əməkhaqqının az olması ilə bağlıdır.

Universitetin ittihamlarında yazılır ki, bircə Fəlsəfəyə giriş dərsi Azərbaycan dilində tədris olunur, qalanları ingilis dilində keçilir.  Univeritetdən “bu adam əxlaqsızlığa görə qovulub. Gərək öz eyiblərinin üstünü açmayaydı. Buna dərs vermək istəməyiblər. O özü bizə yalvarıb ki, mənə bir dərs verin. Bir dərsə də nə qədər maaş verilməlidir ki? "Xəzər universiteti yüksək məvacib verir. İndi əməkhaqqı rəsmi verilir, vergilərdə də yoxlatmaq olar. Onu universitetdən qovmaq haqda qərar çıxarıblar. Şikayətlər, yazılmış müraciətlər və bütün sənədlər, hətta nizam- intizam komissiyasının da rəyi var. Ləyaqətsiz bir hərəkət edib, ona görə də qovulub. Sadəcə nəyə görə qovulduğunu gizlədib. Bütün olanlar sənədləşdirilib”-deyə bildirilir.

Barəsində səsləndirilən ittihamlarla bağlı və Xəzər universitetindən hansı səbəbdən uzaqlaşdırıldığına aydınlıq gətirməsi üçün fəlsəfə doktoru Mail Yaqubla əlaqə saxladıq. M.Yaqub baki-xeber.com-a açıqlamasında universitet rəhbərliyi tərəfindən haqsızlıqla qarşılaşdığını bildirdi.

“Yazdım ki, Xəzər Universitetində mənə 160 manat məvacib verirlər, bu, müəllimi təhqr etməkdir”.

“…Hamlet İsaxanlı allahsızdır. O bunu 2011-ci ildə, 4 nəfərlik xüsusi bir məclisdə özü etiraf etmişdi.

Keçək mətləbə. 2008-ci ildə 2 saatlıq gərgin fəlsəfi müsahibədən sonra Xəzər Universitetində "Müasir Avropa fəlsəfəsi" fənnini tədris etməyə başladım. 2013-cü ildə Hamlet İsaxanlı öz təklifi ilə məni "Fəlsəfə və Sosiologiya" kafedrasının müdiri təyin etdi - 500 manat maaşla. 2015-ci ilin noyabr ayında Hamlet İsaxanlı tərəfindən rektor təyin edilən Hasan Niknafs adlı bir iranlı iclasa gecikdiyim üçün bütün həmkarlarımın yanında məni iclasdan məcburi şəkildə çıxartdı. Heç kim etiraz etmədi. Mən də hörmətsizlik etmədən iclasdan çıxdım və xaricdə səfərdə olan Hamlet İsaxanlını gözlədim. Səfərdən qayıtdıqdan dərhal sonra qəbuluna getdim və təhqir olunduğumu ona dedim. Mənə dedi:

- Gərək iclasdan çıxmayaydın. Get, Hasan Niknafsa (təyin edilmiş rektor) de ki, səndən üzr istəsin.

Getdim, rektora bu sözü dedim. Durdu, üzümə baxdı və mən otağı tərk edib “Xəzər”in maliyyə (və bütün digər məsələlər üzrə) məsul şəxsi İsaxan İsaxanlının yanına getdim və kafedra müdirliyindən çıxmaq istədiyimi bildirdim. Dedim ki, mən Hasan Niknafsin sədrliyi ilə təşkil olunan iclaslarda iştirak etmək istəmirəm. O, qalmağıma israr etdi, mən qəbul etmədim və vəzifəmi tərk etdim.

Prorektor Məhəmməd Nuriyev məni otağına çağırdı və dedi:

- Tam ştatdan çıxırsansa, heç olmasa, yarım ştatda qal.

Qəbul etdim və etiraz edib Xəzər Universitetini tərk edənə qədər yarım ştatda idim.

Yarım ştat olandan sonra hər qrupa mənə 160 manat əmək haqqı ayrıldı. Məndə maksimum 3 qrup olurdu - 470 manat pul yazılırdı. Etiraz etmədən işimə davam edirdim. Niyə etiraz etmirdim? Birinci, mənə demişdilər ki, hələ sənə ən yüksək məbləğ verilir (“Xəzər”də bu gün də 120 manat maaş alan müəllim var. Yəni bir müəllim bir qrupa dərs demək üçün ayda 8 dəfə - həftədə 2 dəfə uzaq məsafə qət edib dərsə gedir və ayın sonunda 120 manat əmək haqqı alır.) İkinci, pula görə kəskin etiraz edib rezonans yaratmağı özümə sığışdırmırdım, canım qədər sevdiyim gül tələbələrimdən utanırdım.

Və 2019-cu il gəldi. Fevral ayında tədris ilinin ikinci semestri başladı. Mənə 80 nəfərlik qrup verdilər. Mart ayının 7-də kartıma oturan pula baxdım - heç nə dəyişməyib - 160 manat.

Artıq səbr kasam doldu. Özümü təhqir olunmuş hiss etdim. Təsəvvür edin, 80 tələbənin hər biri təkcə mənim dərsimə 400 manat universitetə pul ödəyib. Və 32 min manat puldan 4 ay ərzində mənə cəmi 640 manat pul çatacaq.

Bu dəfə dözə bilmədim, həftənin 2-ci günü (həmin gün dərsim vardı) yeni rektor İradə Xəlilovanın qəbuluna getdim və yarım ştat üçün 800 manat əmək haqqı tələb etdim. Dedim ki, 2 qrupa dərs deməyə hazıram bu məbləğ qarşılığında. İradə xanım mənə təskinlik verərək məsələni araşdıracağına söz verdi. Ertəsi gün mənə zəng etdi:

- Mail müəllim, mən danışdım, dedilər ki, biz bundan artıq verə bilmərik.

Siz Azərbaycanın lider universitetinin rəhbərliyinin 11 il müddətində 4 mindən artıq tələbəyə vicdanla-sədaqətlə xidmət edən, ayda ən azı 2 televiziya verlişində “Xəzər”in adını yüksək səviyyədə təbliğ edən bir müəlliminə sərgilədiyi münasibətinə baxın. Heç olmasa, məni görüşə də dəvət etmədilər və şifahi şəkildə "İstəmirsə, gedə bilər" dedilər. Bu sayğısızlıq məni əməlli-başlı sarsıtdı. Özümü istifadə edilmiş dəyərsiz bir insan kimi hiss etdim. 2 gün sonra, həftənin 5-ci günü "Fəlsəfə və Siyasi elmlər" kafedrasının müdiri Elmar müəllim mənə zəng vurdu və 1-ci gün mənimlə görüşmək istədiyini dedi. 1-ci gün Elmar müəllimin qəbuluna getdim və məsələni izah etdim. Elmar müəllim məni dinlədi və haqlı olduğumu dedi. Mənə dedi ki, Hamlet İsaxanlı bu gün xarici səfərdən qayıdıb. Sabah günortaya qədər mütləq mən onunla danışıb, səni məlumatlandıracağam. Sabahı xəbər çıxmadı və mən həmin günün axşamı xəbər tutdum ki, artıq mənim yerimə başqa bir müəllim təyin ediblər. Ertəsi gün 2 cümləlik etiraz statusu yazdım. Yazdım ki, Xəzər Universitetində mənə 160 manat məvacib verirlər, bu, müəllimi təhqr etməkdir. Ölkədə geniş islahat getdiyi bir dönəmdə “Xəzər” özünü sanki uzaq bir ada zənn edir. Həmin satus bir çox saytlar tərəfindən (məndən xəbərsiz) dərc edildi. Jurnalistlərdən biri məndən soruşdu: Sizcə, hər il tələbələrdən yığılan milyonlarla pul hara xərclənir? Dedim, bu yaxınlarda Hamlet İsaxanlı böyük bir otelin açılışını etdi. Ertəsi gün “Xəzər”dən mənim etirazıma “o adam əxlaqsız idi, o adam cəhaləti təbliğ edirdi, o adam ingilis dilində dərs demirdi deyə, ona az maaş verirdik, o adam özünü yaxşı aparmırdı deyə, biz onu kafedra müdirliyindən xaric etdik” kimi cavab gəldi”-deyə bildirən M.Yaqubun sözlərinə görə, bütün ittihamlara dərhal cavab verib.  Bildirib ki, əxlaqsızı, cəhaləti təbliğ edəni nə əcəb 11 il orda saxlamışdınız?

”Hamlet İsaxanlı, danışanda təkcə özünüzü düşünməyin!”

“Demək, mən etiraz etməsəydim, mənə verilən dilənçi puluna göz yumub ötən illər kimi işimə davam etsəydim, yaxşı müəllim olardım, hə? Məsələ gün kimi aydın idi - şər-böhtan. Mənim dediklərim Hamlet İsaxanlının olduqca yüngül ittihamlarının qarşılığında indi burda deyəcəyim bir söz yoxdu. Əslində var, amma demirəm, səviyyəmi endirmək istəmirəm. Mən sözümü məhkəmədə deyəcəm. Mənə bu günlər ərzində dəstək verən dostlarıma, əzizlərimə, canım qədər sevdiyim tələbələrimə sonsuz minnətdarlığımı bildirirəm, onların böyüklüyünün qarşısında baş əyirəm. Və qəlbində mənimlə bir olan, lakin işini itirəcəyindən qorxan müəllim həmkarlarımdan da incikliyim yoxdu. Mən onların hamısını çox istəyirəm. Hə, bir söz yadıma düşdü: Hamlet İsaxanlı, danışanda təkcə özünüzü düşünməyin! “Xəzər” təkcə sizin deyil, “Xəzər” həm də oranın çiçək tələbələrinin, fədakar müəllimlərinindir. “Xəzər”in müəlliminə şər-böhtan atmaq həm də bu şərəfli universitetdə çalışan və təhsil alan minlərlə insanın heysiyyətinə toxunmaqdır. Allahınız olsun!”-deyə M.Yaqub bizimlə söhbətində bildirdi.

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ