Erməni KİV-i bütün islam dünyası və xüsusilə şiələr üçün böyük təhqir sayılan yazı dərc edib.
Yazıda erməni yazarlar guya qazax xalqında "Dariqa qız" adlı qəhrəmanlıq dastanının olduğu barədə məlumat verir, ancaq şiəlik motivlərinə əsaslandığı üçün, guya dastanın sovet dövründə rəsmi milli epos statusu ala bilmədiyini yazır. Dastanda Dariqanın amazonkalar kimi cəsur bir qız – pəhləvan olduğu deyilir. Ermənilər yazır ki, şiələrin 4-cü (?) imamı Əli guya Dariqaya, sonra isə onun oğlu olduğunu ehtimal belə etməyən Mehdiyə məğlub olur. Lakin qeyri-iradi atasını məğlub etdiyini anlayan Mehdi utancından dağlara çəkilir və yer altında gizlənir, Dariqa isə qalır...
Məqalənin əsas süjet xəttinə toxunmuruq. Yüz milyonlarla müsəlmanın həssas dini inancına böhtan atan və onu təhqir edən bu parçanı xatırlamaq kifayətdir. Əvvəla, Əli islam tarixində 4-cü yox, birinci imamdır. İkinci, tarixdə imam Əlinin qazax xalqının hər hansı etnos qəhrəmanı ilə hansisa bağlılığının olduğuna dair fakt yoxdur. Üçüncü, 12-ci imam Mehdinin kimdənsə inciyib də qeybə çəkildiyinə dair də ortada ciddi tarixi və dini fakt mövcud deyil. Göstərilən faktlar qazax xalqında "Dariqa qız" adlı eposun ümumiyyətlə olmadığını, olubsa da, orada şiəliklə bağlı belə bir epizodun olmadığını qətiyyətlə söyləməyə əsas verir. Dördüncüsü, dini orientasiyası etibarilə islamın sünni qoluna aid qazax xalqının şiə müqəddəsləri ilə bu formada əlaqələndirilməsi aşkar qərəz və saxtakarlıqdır. Məqalənin maraqlı tərəfi odur ki, ermənilər islama, xüsusilə də şiə müsəlmanlara qarşı belə mənəvi terror xarakterli uydurmaya əl atanda şiə İranı da nəzərə almayıblar. İranın ımkanlarından istifadə edərək regional təcriddən çıxmaq istəyən ermənilər şiə müqəddəslərini dövlət səviyyəsində dəyərə çevirən 80 milyonluq İrana belə "minnətdarlıq" edir.
Baki-xeber.com