Ermənistanda haqqında çoxdan danışılan demoqrafik böhran özünün pik həddinə çatıb. Bu günlərdə Baş nazir Paşinyanın yanında demoqrafik məsələlərə həsr olunmuş xüsusi müzakirələrin keçirilməsi buna sübutdur.
Doğrudur,erməni mediası müzakirələrdə demoqrafik priseslərin yalnız pozitiv xarakterli olduğunun qeyd olunduğu barədə məlumatlar yayır, ancaq reallıq tam başqadır. Belə ki, iclasda Ermənistan əhalisinin rəsmən 2.9 milyon olduğu səslənib. Əgər ölkə formal müstəqillik alanda əhali 3.5 milyon nəfər idisə, demoqrafik proseslərin qətiyyən yaxşı olmadığını elə bu faktın özü sübut edir. 28 illik müstəqillik dövründə əhali azı 600 min nəfər azalıbsa, deməli, ölkənin kəskin demoqrafik böhran içində olduğunu gizlətmək mümkün deyil. Daha tutarli başqa fakt isə iclasın qəbul etdiyi rəsmi qərarda əks olunub. Belə ki, demoqrafiya ilə məşqul olacaq xüsusi Komissiya yaradılıb. Komissiyanın məxfi, ya açıq işləyəcəyini isə hələlik soyləmək çətindi..
Ramil QULİYEV