İrəvanın Kentron rayonunun başçısı Viktor Mnatsakanyanın şəhərin mərkəzində sökülən kafe ilə bağlı açıqlaması Suriya ermənilərinin kəskin etirazına səbəb olub.
Baki-xeber.com-un xəbərinə görə, rayon rəhbəri kafenin sökülməsinə aydınlıq gətirərkən Suriyadan bura köç etmiş erməniləri qınayıb, deyib ki, hər tərəfi “nargilə” (sulu qəlyan) ilə dolduraraq İrəvanı Hələbə çeviriblər.
Suriya erməniləri bu sözləri öz ünvanlarına təhqir kimi qəbul edərək bildirirlər ki, 4019 illik tarixi olan bir şəhərin yalnız “nargilə” ilə xatırlanması onlarda təəssüf doğurur. Suriyalı erməni Şant özünün sosial şəbəkə səhifəsində yazır ki, Hələbdən gəlmiş çoxsaylı erməni iş adamları ən müxtəlif sahələrə yatırımlar etdiyi, üstəlik ən böyük erməni icması da Suriyada yerləşdiyi halda Ermənistanın Hələbdən gələnlərə bu münasibəti onlara təhqirdir.