Cümə axşamı günü, 15 oktyabr 2026
     

Rəna Verdiyeva evini satıb biznes etmək istədi, şəriki onun pulunu “atdı”...

Image


Dələduzluğun qurbanı olduğunu deyən, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi Səttar Bəhlülzadə küçəsi, ev 80-də yaşayan vətəndaş Verdiyeva Rəna Eldar qızı “Bakı-Xəbər” qəzeti vastitəsilə düşdüyü acınacaqlı vəziyyətlə bağlı ölkə Prezidentindən və Birinci vitse-prezidentdən kömək istəyib.

Rəna Verdiyeva müraciətində bildirir ki, iki azyaşlı uşağı ilə çöllərdə qalıb. Dələduzluqla evinin alındığını deyən xanım hüquq-mühafizə orqanlarında, məhkəmədə ədalətsizliklə qarşılaşdığını iddia edir. Hər şey Rəna xanımın ailəsinə edilən biznes təklifindən sonra başlayıb. Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun təklifindən sonra. K.Dostumalıyeva ilə münasibətlərinə toxunan R.Verdiyeva bildirib ki, onunla Tamara adlı rəfiqəsi vasitəsi ilə tanış olub: "Tamara bildirdi ki, bir qohum var,  Tovuzda elektrik mallarının alverini edir. Amma o qədər pul vəsaiti yoxdur. Məni Kifayət və oğlu Kənanla tanış etdi. Sonra Kifayət Dostumalıyeva əri və oğlu Kənanla bizə gələrək birgə işləmək üçün razılıq istədilər. Razılıqdan sonra ilk dəfə 2012-ci ilin sentyabrında Kifayət Dostumalıyevaya notarial qaydada 20 min manat verdik. Bir müddətdən sonra Kifayət və oğlu Kənan mənə bildirdilər ki, Tovuzda camaat mallari nisyə alır və pulları yığa bilmirlər. Dedilər ki, onların "Sədərək” ticarət mərkəzində 2 mağazası var. Orada alver daha yaxşı gedəcək. Mən razılaşdım və Bakıda işləmək qərarına gəldik. 2012-ci ilin noyabrında evimi satıb onlara 120 min manat pul verdim. Təxminən üstündən 10 gün keçmişdi ki, Kənan mənə zəng edərək bildirdi ki, mallar gəlib gömrükdə qalıb. 10 min manat lazımdır ki, malları çıxardaq. Məcbur olub 10 min manatı da onlara verdim. Mallar gəldi, biz yoldaşımla gedib mağazaya baxdıq. Mallar "Kinq” şirkətinə aid idi. Bir müddətdən sonra Kifayət Dostumalıyeva mənə 5-6 kart verdi. Dedi ki, malları rayonlara paylamışıq, pulları yığana qədər bu kartlardan istifadə et. Yəni kartlardan pul çək. Bir müddət kartlardan pul çıxarıb borclarımızı qaytarmağa başladıq. Bir müddət ticarətimiz davam etdi. Sonra mən onlarla haqq-hesab etməyi tələb etdim. Onlar isə müəyyən bəhanələrlə yayınmağa başladılar. Bundan sonra israrla verdiyim pulları geri tələb etdim. Kifayət Dostumalıyeva bildirdi ki, pulları "Kinq” şirkətinin prezidenti Amur Məhərrəmova veriblər. Amur Məhərrəmovun telefon nömrəsini verərək dedi ki, get pulunu ondan tələb et. Amur Məhərrəmova zəng etdim. Dedim ki, Kifayət Dostumalıyevanın aldığı malların pulları mənə məxsusdur, görüşməyi tələb etdim”. R.Verdiyeva deyib ki, A.Məhərəmovla söhbət zamanı ona məlum olub ki, "Sədərək” ticarət mərkəzindəki mağazalar K.Dostumalıyevaya məxsus deyil: "Amur Məhərrəmov dedi ki, Kifayət və oğlu Kənan tərəfindən ona heç bir məbləğ verilməyib. Kifayət və Kənanın özlərinə məxsus olduğu kimi təqdim etdikləri mağazaların da Amur Məhərrəmova məxsus olduğunu öyrəndim. Aydın oldu ki, Kifayət və oğlunun məndən aldıqları 150 min manat pul biznesə yatırılmayıb, mallara verilməyib. Amur Məhərrəmovla söhbətimdən sonra həmin gecə Kifayət Dostumalıyevanın oğlu Kənan Yusifov telefonuma hədələyici mesaj yazdı. Gecə yarısı evim daşlandı. Evi daşlayan Dostumalıyevanın digər oğlu Sənan idi. Səhəri isə qapımıza gəldi. Düşündüm ki, bəlkə üzr istəməyə gəlib. Qucağımda uşağım qapını açanda bıçağı usağın boğazına dirədi ki, əgər pulu istəsən, gecə ilə gəlib uşaqlarının başını kəsərəm”. R.Verdiyeva deyir ki, aldadıldığını başa düşəndən sonra ona K.Dostumalıyeva tərəfindən verilən bank kartlarının kimə məxsus olduğunu araşdırıb: "Öyrəndim ki, kartlar Abseron rayon, Novxanı qəsəbəsində yerləşən 1 nömrəli orta məktəbin müəllimlərinə məxsusdur. Onlarla əlaqə yaratdım. Dedilər ki, Kifayət Dostumalıyevadan faizə pul götürüb əmək haqqı kartlarını təminat kimi ona veriblər. Başa düşdüm ki, məndən alınan 150 min manat faizə paylanıb. Daxili İşlər Nazirliyinə müraciət etdim. Müraciətim araşdırılmaq üçün DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə göndərildi. Orada aparılan araşdırma məni qane etmədiyindən baş prokrorun müavini Rüstəm Usubova müraciət etdim. 2014-cü ilin əvvəlində mənə qarşı törədilən dələduzluq əməli ilə bağlı CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlandı. Baş prokurorun müavini işi şəxsi nəzarətə götürdü. İş materialları araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndərildi”. R.Verdiyeva bildirir ki, iş müstəntiq Rüstəm Bayramova həvalə olunub: "Kifayət Dostumalıyeva istintaqdan yayındığından, barəsində həbsli axtarış elan olundu. Onu və oğlunu Tovuzda saxlayaraq istintaqa cəlb etdilər. İstintaq dövründə Kifayət Dostumalıyeva barəsində həbs qətimkan tədbiri seçilib, oğlu Kənan Yusifov barəsində isə heç yerə getməmək haqda qətimkan tədbiri seçilib”. R.Verdiyevaya görə, uzun müddət aparılan istintaq zamanı ona qarşı dələduzluq edildiyi fakt və sübutlarla təsdiqlənib: " Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov külli miqdarda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifova bəraət verdi. Məhkəmədə prokuror hər iki şəxsə cəza verilməsini tələb etmişdi. Lakin hakim bəraət hökmü çıxardıqdan sonra prokuror hökmdən protest verilməyəcəyini bildirdi”. R.Verdiyeva bildirir ki, Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Ali Məhkəməyə verilən Kassasiya şikayətində də Rəna Verdiyeva istəyinə nail ola bilməyib.

Qeyd edək ki, Rəna Verdiyeva bir neçə dəfə dövlət qurumlarının binası qarşısında özünə qəsd etmək istəyib. Hər dəfə onun cəhdinin qarşısını polis əməkdaşları alıb. Şikayətçi bildirir ki, çox çarəsiz durumda olduğu üçün yeganə ümidi Prezident və onun xanımına qalıb: ”Mən evimi satıb pulumun hamısını həmin adamlara vermişəm. 5 ildir 2 uşaqla çöllərdə qalmışam”. Rəna Verdiyeva ölkə rəhbərliyindən xahiş edir ki, hüquqlarının qorunması və işin obyektiv araşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müvafiq tövsiyə verilsin.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ