Bakı Şəhər Baş Polis İdarəsi Müsavat partiyasının sentyabrın 18-də keçirilmiş mitinqi ilə bağlı məlumat yayıb.
İdarədən “Trend”-ə verilən məlumata görə, sentyabrın 18-də Müsavat partiyasının Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.