Bakının Xətai rayonunda yanğın baş verib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinsən aldığı xəbərə görə, rayonun çoxmərtəbəli yaşayış binalarından birinin 1-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında quraşdırılmış 15 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb.
Hadisə zamanı 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Avtomobil dayanacağı və mənzillər yanğından mühafizə olunub.