Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, “İVECO” markalı avtobusla “Renault” markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.