Cümə günü, 30 oktyabr 2026
     

ABŞ-ın nüfuzlu təşkilatı yerli Azərbaycan QHT-si ilə 26 sentyabr referendumu barədə belə rəy sorğusu qənaətinə gəldi

Image


Fransa Tədqiqatlar İnstitutu da eyni nəticəyə gəldi

 

ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə 26 sentyabr 2016-cı ildə Azərbaycanda ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Exit-poll” sorğusu öncəsi sosioloji araşdırma aparıb.

Trend-in məlumatına görə, sosioloji sorğunun keçirilməsində əsas məqsəd referendum ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, referendumla bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1000 nəfər respondent cəlb edilib. Bunlardan 73,7%-i böyük şəhərlərdən, 10,1%-i kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,6%-i qadın, 50,4%-i kişi olub. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 35%-i – 30-39 yaş arası, 25,8% - 18-29 yaş arası, 16,6% - 40-49 yaş arası, 7,6% - 50-59 yaş arası və yalnız 1,5%-i 70 və daha yuxarı yaşda insanlar olub.

Sorğu vərəqindəki sualları belə qruplaşdırılıb:

1. Əhalinin referendumla bağlı məlumatlılıq səviyyəsi;

2. Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət;

3. Əhalinin siyasi fəallıq səviyyəsi;

4. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə münasibət.

Əhalinin referendumla bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş “Ümumiyyətlə, Azərbaycanda Milli Seçkilər və referendum keçirildikdə Siz səsvermədə necə iştirak edirsiniz” sualına verilən cavablar aşağıdakı kimi olub. Respondentlərin böyük əksəriyyəti – 74,2% hər zaman referendumda iştirak etdiklərini bildiriblər. 82,9% respondent isə 26 sentyabr 2016-cı ildə ölkədə ümumxalq səsverməsində (referendum) iştirak edəcəyini bildirib. Belə ki, “Siz səsvermədə necə iştirak edəcəksiniz” sualına 76,8% “Əlbəttə ki, iştirak edəcəyəm” və 6,1% “Ola bilsin ki, iştirak edəcəyəm” cavabını verib.

“Sizin qarşıdan gələn 26 sentyabr ümumxalq səsverməsi - referendum barədə hər hansı məlumatınız varmı” sualına 95% “bəli” cavabını verib ki, bu da keçiriləcək referendumla bağlı təbliğat, təşviqat kampaniyasının düzgün qurulduğunu və əhalinin siyasi proseslərə marağının yüksək səviyyədə olduğunu göstərir. Sorğu nəticəsində məlum olub ki, əhali Konstitusiyada dəyişikliklər aparılmasını dəstəkləyir. Belə ki, “Ümumilikdə, Siz 26 sentyabr referenduma çıxarılan konstitusiya islahatının lehinə və ya əleyhinəsiniz” sualına cavab olaraq respondentlərin 92,8% Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin lehinə olduqlarını bildirib.

Təhlil əsasında belə nəticəyə gəlmək olar ki, ölkədə aparılan islahatlar əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərməyib. Bu fikri əhalinin iqtisadi və sosial vəziyyəti ilə bağlı verilən suallara cavablar da təsdiqləyir. Belə ki, “Fikrinizcə, bu gün ölkəmizin qarşısında duran ən vacib məsələ hansıdır” sualına cavab olaraq, respondentlərin böyük əksəriyyəti – 77,4% “Dağlıq Qarabağ münaqişəsi” cavabını qeyd ediblər. Burada yalnız 5,8% məşğulluq, 5,3% isə iqtisadi məsələləri vacib məsələ kimi qeyd edib ki, bu da çox kiçik bir qism təşkil edir. Bu fikri anket vərəqində yer almış “Ümumiyyətlə, Azərbaycanda görülən tədbirlər nəticəsində proseslər necə cərəyan edir” sualına verilən cavablarda respondentlərin 91,4%-lə ölkədə inkişaf meylinin olduğunu göstərməsi də təsdiq edir.

Sorğu anketinin digər bloku əhalinin siyasi məsələlərə münasibətinin öyrənilməsi ilə bağlıdır. Burada “2015-ci ildə keçirilən parlament seçkilərində hansı partiyanın namizədinə səs vermişdiniz” sualına cavab olaraq respondentlər say çoxluğu ilə - 92,8% Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiklərini bildirib ki, bu da əhalinin mövcud siyasi hakimiyyətdən razılıq əlaməti kimi qəbul edilə bilər. Bu razılıq digər suallarla bağlı cavablarda da öz əksini tapıb. Belə ki, respondentlərin 98,4%-i əmindir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından qoruyur, 95,9%-i inanır ki, bir çox ölkələrdə qeyri-stabil vəziyyət olduğu halda, Azərbaycan regionda ən stabil ölkədir.

Sorğu vərəqində Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər aşağıdakı kimi qruplaşdırılaraq bloklar şəklində təqdim edilib və bunun əsasında alınan nəticələr belədir:

Respondentlərin 86,4%-i Azərbaycan Respublikasında icra hakimiyyətinin quruluşunda, 89,1%-i Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi ilə bağlı, 88,9%-i insan hüquqları və onların təminatı sahəsində və 84,2%-i Azərbaycanda sosial təminatlarla bağlı dəyişikliklər edilməsinə razı olduqlarını bildirib.

Aparılmış sosioloji sorğunun nəticəsi kimi qeyd etmək olar ki, 26 sentyabr 2016-cı ildə ölkədə ümumxalq səsverməsinə (referendum) hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Belə ki, əhali referendumla bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir.

Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutu da Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirib. Sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üzbəüz müsahibə aparılıb.

Tədqiqat məqsədləri üçün 3 blokda qruplaşdırılmış 12 sualdan ibarət sorğu anketindən istifadə edilib ki, bu suallar respondentin sosial-demoqrafik göstəriciləri, ölkədə mövcud siyasi-iqtisadi vəziyyət haqqında baxışları və qarşıdan gələn referenduma çıxarılacaq məsələlərə münasibətini öyrənməyə istiqamətlənib.

Tədqiqat müddətində rəyi soruşulanların 82%-i Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən razı olduqlarını bildirib və respondentlərin 93%-i hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədirlər.

Sorğuda iştirak edənlərin 96%-i Prezident kimi İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini göstəriblər.

Respublikamızda bir sıra problemlərin mövcud olduğu fikrində olan respondentlər ən vacib problemlər kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini (77%) və iqtisadi durumla bağlı çətinliyi (41%) qeyd ediblər.

Rəyi öyrənilən respondentlərin 81%-i sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəklərini göstəriblər. Yalnız bütün respondentlərin 5%-i hələ də səsvermə prosesinə qatılmaq barəsində yekun qərar vermədiklərini bildiriblər.

Bütün respondentlərin 87%-i Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ümumilikdə zəruri olduğunu qeyd edib. Konstitusiyaya təklif edilən bu və ya digər əlavə və dəyişikliklər nəticəsində müvafiq sahələrin inkişafına təsirinə gəlincə, respondentlərin 88%-i bu təsirin müsbət olacağı qənaətindədirlər. Xüsusən də rəyi öyrənilənlər təhlükəsizliyin və müdafiənin təmin edilməsi və insan hüquqları və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərin bu sahələrdə gələcək inkişafa stimul verəcəyini düşünürlər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ