Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edildi.