şənbə günü, 21 noyabr 2026
     

"Əkinçi"dən sonra Qafqaza düşən "Ziya"

Image


Böyük müəllim, ilk mühərrir, xeyriyyə cəmiyyətinin banisi və anadilli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi və onun yaratdığı "Əkinçi" qəzeti (1875-1877 ) Azərbaycan jurnalistika sisteminin bünövrəsidir. Rusiya əsarəti altında bütün məhrumiyyətlərə düçar olan türk-müsəlman xalqları içərisində ilk anadilli qəzet yaratmaqla H.Zərdabi milli intibahın, dirçəlişin və həm də millət inşasının əsaslarını yaratdı. Türk-müsəlman xalqlarının əsarətdən qurtuluş yolunun dil və din birliyindən keçdiyi düsturunu cətinliklə ərsəyə gətirdiyi "Əkinçi"si və müxtəlif qəzetlərdə çap etdiyi məqalələrlə ictimai rəyə təqdim edən Həsən bəy doğma dildə təhsilin, azad mətbuatın rolunu həmişə önə çəkir və təbliğ edirdi.

Böyük maarifçilər nəslinin müəllimi H.Zərdabi əsasən "ittihadi-islamın", ana dilində elmin-təhsilin vacibliyini vurğulayır, ümmətçilik görüşlərin dominant, dəyişməz olduğu bir vaxtda milli kimlik arayışlarına ciddi əsaslar yaradırdı. 1906-cı ildə H.Zərdabi ilk dəfə "Həyat" qəzetində "İttihadi-lisan" adlı məqaləsində Rusiya türklərinin dil birliyi ideyasını müdafiə edərək millətin türk milli kimliyinə sahib olduğunu ortaya qoyurdu. Məzmununda ümmətçilik görüşləri xüsusi qabarıq görünən "Əkinçi" islam birliyi çağırışı ilə əslində milli məfkurənin formalaşmasına, dəyərlərin qorunmasına, özünüdərk proseslərinə təkan verirdi. "Əkinçi"də səslənən bu çağırışlar, maarifçi məzmunlu məqalələr, qəzetin xəbər siyasəti Qafqazdakı erməni millətçilərini və onların himayədarını narahat etməyə bilməzdi . Rus-türk müharibəsinin başlanması və "Əkinçi"də bu müharibə xəbərlərinin çapına qadağa qoyulması da çar imperializminin türklərin milli oyanışını "nəzarət"də saxlaması məqsədi daşıyırdı. Abunə azlığı, maliyyə çətinliyi "Əkinçi"nin tək bağlanma səbəbi deyildi. Rusiya müsəlman-türk xalqlarının bu mətbu nəşri "Türkiyədə rəğbət göstərdiyinə görə", "pantürkist" istiqaməti alması səbəbi gətirilərək "Əkinçi" 56 sayınının çapından sonra qapadıldı.

H.Zərdabidən sonra bu fikirləri və milli yolu Krımda İsmayıl bəy Qaspıralı 1883-cü ildə dərc etdiyi "Tərcüman" qəzeti davam etdirdi. Firidun bəy Köçərli 1914-cü ildə yazırdı ki , İ.Qaspıralının düşüncələrində türkçülük, ortaq türk dili ideyasının formalaşmasının əsas qaynağı H.Zərdabinin milli irsidir.

H.Zərdabidən sonra Qafqazda türk-müsəlman xalqlarının yaşadıqları coğrafiyada millət, din və dil anlayışlarına aydınlıq gətirilməsi və milli tərəqqi missiyası Azərbaycan mətbuatının məşhur Ünsizadə qardaşlarının fəaliyyəti ilə bağlıdır. Tiflisdə ilk milli mətbəə quran, "Ziya" ("Ziyayi-Qafqaziyyə") və "Kəşkül"ü yaradan Səid, Cəlal və Kamal Ünsizadə qardaşlarının bu yolda fəaliyyəti təəssüf ki , indiyədək geniş tədqiqatlardan kənarda qalıb.

Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin qurulmasında böyük xidmətlər göstərən və nəşr etdikləri bu mətbu nümunələrlə jurnalistikamıza xidmət edən Ünsizadə qardaşlarının həyat və fəaliyyətləri, şəxsiyyətləri maraqlı məqamlarla zəngindir . Təəssüf ki, sovetlər dönəmində bu qardaşların xalqın oyanışına, inkişafına və maarifşilik hərəkatına müsbət təsirləri bir kənara atılır, ideoloji cərçivələrə salınıb tənqid olunurdu.

Əslən Şamaxıdan olan , ruhani zümrəsinə məxsus Səid əfəndi Ünsizadə 1842- ci ildə Əbdurrahman əfəndi Ünsizadənin ailəsində doğulub, ailənin ilk övladıdır. İlk dini təhsilini dövrün aydınlarından olan atasından alıb, sonra Bağdada ali islam təhsilini davam etdirib, geri dönüb.Şamaxıda müasir tipli ilk təhsil ocağının yaradılmasına çalışıb və buna nail olub. Bu təhsil ocağında dini elmlərlə yanaşı Azərbaycan türkcəsi, rus, ərəb və fars dilləri də tədris edilirdi.

Ali dini təhsilə malik olması, mövhumatdan uzaq dini dəyərlərin təbliğində ictimai fəallığı Səid Ünsizadəni dövrün dini qurumlarında səlahiyyət sahibi olmasına imkanlar yaradır. 1866-cı ildə Səid əfəndi Şamaxı şəriət məclisinə üzv seçilir. Üç il sonra Bakı Quberniyası Ruhanilər idarəsinin təmsilçisi kimi fəaliyyətini davam etdirir.

Səid əfəndinin işinə ciddi münasibəti Çar Rusiyasının Qafqazdakı canişinliyinin diqqətindən yayınmır, 1877-ci ildə S.Ünsizadə mərkəzi Tiflis olan Zaqafqaziya Ruhani İdarəsinə göndərilir və bu tarixdən etibarən ruhani obrazında olan maarifçinin yeni həyatı, fəaliyyəti başlayır.

Qafqazda yaşayan millətlərin öz milli mətbuatına malik olması, tərəqqi və inkişaf yoluna qədəm qoymaları Səid əfəndidə Azərbaycan türkcəsində qəzet açmaq istəyi, arzusu yaradır.Bu istəklə 1878-ci il dekabr ayının 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları bir-birilərinə düşmən edən cəhalətdir. Səid əfəndi müraciətində "Ziya" qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr öz qarşısına ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir. Səid əfəndi tərəfindən təqdim olunan sənədləri təftiş edən Senzura Komitəsi Qafqaz canişinliyinin baş idarəsinə göndərdiyi təqdimatda "Ziya"nın çapına etiraz etmir.

Beləliklə, qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşrinə icazə verilir. Senzura Komitəsi "Ziya"nın nəşrinə icazə verərkən qəzetin Qafqazdakı müsəlmanlar arasında geniş təbliğ olunacağına, yerli hakimiyyət orqanlarına, çinovniklərə dəstək olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, qərarın qəbulunda Səid Ünsizadənin ruhani zümrəsinə mənsubluğu, keçib-gəldiyi yol və fəaliyyəti nəzərə alınırdı. Yaradıcılıq və çap proseslərini normal şəkildə aparmaq üçün Səid əfəndi ən yaxın qohumlarını, kiçik qardaşı Cəlalı, övladları Əbdürrəhmanı, Ağanı, İsmayıl bəyi, bacısı uşaqlarını işə cəlb edir. Beləliklə "Ziya"nın timsalında Tiflisdə ana dilində mətbuat və mətbəənin qurulması ilə yeni bir dövr, “Ünsizadələr mərhələsi” başlayır.

1879-cu il dekabrın 14-də "Ziya"nın ilk nömrəsi işıq üzü gördü. Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə çap olunursa da, mətbəə qüsurları, hərflərin fərqli quruluşda və formatda çapı oxu prosesini çətinləşdirirdi ki, bu da oxucuları narazı salırdı.

"Ziya"nın tipoqrafiya üsulu ilə, yəni hürufatla çap olunması ilk başlanğıcda mümkün deyildi, Tiflis mətbəələrində ərəb hürufatı yetərincə olmadığından və tipoqrafiyada çapın bahalılığı qəzetin keyfiyyətli çap imkanlarını məhdudlaşdırırdı. Daş basma cihazı ilə çap isə xüsusi çətinliklər yaradırdı. Bu barədə qəzetin bir neçə sayında təkrar-təkrar oxuculara izahatlar verilir, problem ətrafında redaksiyanın mövqeyi dərc olunurdu. Qəzetin 4 oktyabr 1881-ci il tarixli sayında bildirilirdi ki, ilk saydan qəzeti alıb oxuyanlar yaxşı bilirlər ki, daş basma üsullu çap qəzetdəki məqalələrin, sözlərin, ifadələrin və hürufatın naqisliyi səbəbindən bəzən oxunmaz hal alır, oxucuların haqlı narazılığına səbəb də budur. İndi vəziyyət dəyişib və mətbəə üçün yeni şriftlər üçün qəliblər sifariş verilib, baş verən çatışmazlıqlar tezliklə aradan qaldırılacaqdır. Oxucu azlığı, ana dilində qəzetə etinasız münasibət də redaksiyanın gəlirlərini azaldır, maliyyə sıxıntıları ilə üz-üzə qoyurdu.

Mətbəənin niyə Bakıda deyil, Tiflisdə açılması məsələsinə də "Ziya"da aydınlıq gətirilir və qeyd olunur ki, Tiflis Qafqazın mərkəzi olduğundan burada daha rahat fəaliyyət imkanları var. Ona görə də Ünsizadələr nədən Bakıda deyil, Tiflisdə mətbəə və qəzet açmağın səbəblərini aydın formada aydın göstərirdilər.

"Ziya"nın 76 sayından sonra loqosunda dəyişiklik edilərək "Ziyayi-Qafqaziyyə" adı altında çapını davam etdirdi və bu adla 107 sayı işıq üzü gördü. 1883-cü ildə "Ziyayi-Qafqaziyyə" mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürüldü, bununla da qəzetin son yaşam dövrü başlandı .

Şamaxıda qəzetin 11 nömrəsi çıxır və bununla da "Ziyayi-Qafqaziyyə" qəzeti fəaliyyətini dayandırmalı olur. Qəzetin bağlanmasından bir neçə il keçdikdən sonra Səid Ünsizadə "Ziyayi-Qafqaziyyə"ni bərpa etməyə çalışır, bu istəklə Bakı qubernatoruna ərizə verir. Lakin Bakı qubernatoru Səid əfəndinin xahişini qəbul etməyərək rəsmi cavabla rədd edir.

Azərbaycanın sovetləşməsi dönəmində mətbuat və ədəbiyyat tariximizin araşdırıcıları ideoloji nöqteyi-nəzərdən yanaşaraq "Ziya" ("Ziyayi-Qafqaziyyə") qəzetlərinin ideya-siyasi istiqamətlərini obyektiv şəkildə təhlil etməyərək, bu mətbu orqanın yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyini iddia edirdilər. Hətta qəzetin ciddi senzuraya məruz qalmadığını "qara xidmətlə" bağlayırdılar. Son araşdırmalar nəticəsində əldə olunan faktlar bu deyilənlərin tam əksini ortaya qoyur. "Ziya" ("Ziyayi- Qafqaziyyə") qəzetinin çox ağır şəraitdə, ciddi senzor basqıları ilə nəşr olunduğu faktlarla aydınlaşır.

"Ziya"nın rəsmi senzoru Melik Meqrabov idi və qəzeti çapa o imzalayırdı. Lakin qəzet Qafqaz Senzura Komitəsinin başqa senzorları V.Bezabrazov, həmçinin "Kavkaz" qəzetinin rəsmi əməkdaşlarının da nəzarəti altında çətinliklə işıq üzü görürdü. Senzorlar qəzet materiallarını nəşrədək baxışdan keçirərək "ziyanlı" yazıları başqa məqalələrlə əvəz etməyi tələb etdikləri halda, yaranan bu boşluğu "Kavkaz"ın əməkdaşları öz hazır məhsulları ilə doldururdular. Belə bir vəziyyətdə qəzet çətinliklə nəşr olunurdu.

"Ziya"nın əsas yaradıcılıq istiqamətlərinə diqqət yönəltsək aydın olur ki, bu nəşr əsasən Rusiya, Türkiyə, İran, Misir, İngiltərə dövlətlərində baş verən ictimai-siyasi hadisələri oxuculara çatdırmaq, məlumatlandırmaq missiyasını həyata keçirib. Rusiya-Türkiyə arasında baş verən gərginliklər, 1877-1878-ci illər Türkiyə-Rusiya müharibəsi, bu iki dövlət arasında əldə olunan razılaşmalar, müttəfiq dövlətlərin yeritdikləri siyasət barədə "Ziya" ("Ziyayi- Qafqaziyyə") kifayət qədər əhatəli məlumatlar, məqalələr çap edib. Türkiyə-Rusiya savaşına münasibətdə təhlillərdən, şərhlərdən çox rəsmi sənədlər, mərkəzi rus mətbuatından tərcümələr təqdim olunur, balanslı yaradıcılıq yolu tutulurdu. Təbii ki, S.Ünsizadə və "Ziya" komandası açıq şəkildə Türkiyənin marağını müdafiə edə bilməzdi, bu hal yaşansaydı tezliklə qəzetin bağlanması reallaşa bilərdi. Ona görə də qəzetin neytral mövqedən çıxış etməsi həm də özünüqoruma instinktindən doğurdu. Müharibənin insanlara gətirdiyi faciələr, iqtisadi-sosial sıxıntılar da "Ziya"nın ən çox toxunduğu mövzular sırasında idi.

Türkiyə-Rusiya arasında 8 fevral 1879-cu il tarixli İstanbul anlaşması barədə "Ziya" bir neçə məqalə , xəbər dərc edib, hətta bu sənədi bütövlükdə çap edib.

Rusiyanın daxilində yaşayan müsəlman-türk əhalinin vəziyyəti, sosial yaşam tərzi, dini qurumların fəaliyyəti, təhsil sahəsindəki problemlər barədə də "Ziya"nın səhifələrində xeyli maraq doğuran faktlarla zəngin məlumatlar var. İrəvandan, Şamaxıdan, Dağıstandan, Bakıdan, Zaqatala əyalətindən verilən məlumatlar da XIX əsrin sonlarında bu bölgələrin ictimai-sosial mühitini öyrənmək baxımından əhəmiyyətini qoruyub saxlayır.

Səid Ünsizadənin çar rejimi tərəfindən təzyiqlərə məruz qalması barəsində türkçülük ideologiyasının ən böyük fikir, düşüncə insanı, ideoloq, Atatürkün yaxın silahdaşı olan Yusuf Akçura "Türkçülüyün tarixi" əsərində məlumatlar verib. Yusuf Akçura türkçülük hərəkatının müxtəlif mərhələləri ilə bağlı araşdırmasına "Ünsizadələr mətbuatı" başlığı adı altında məlumatlar daxil edib. Bu yazıdan bəlli olur ki, Y.Akçura Səid və Cəlal əfəndi Ünsizadələri yaxından tanıyıb, onların düşüncələrinə bələd olub. "Ziyayi-Qafqaziyyə"nin iki nüsxəsi kitabxanamda var" deyərək Ünsizadələrin yaratdıqları mətbu orqanlarının ideya istiqamətlərini müəyyən etməyə çalışan Y.Akçura yazır: "Əlimdəki "Ziya" nüsxələrindən, bu qəzet Qafqazda yaşayan türkləri dünyada baş verən hadisələrdən xəbərdar etmək istəyir, müsəlman və Osmanlı məmləkətlərinə aid xəbərləri öncəlik verərək yazdığı anlaşılır, fəqət dil, ədəbiyyat və tarix sahəsində türk millətçiliyi ilə ilgiləndiyinə dair bu nüsxələrdə bir işarə yoxdur". Y.Akçuranın düşüncəsinə görə, "Ziya" (“Ziyayi-Qafqaziyyə”) qəzeti türkçülük ideyasına deyil, o dövr üçün aktual olan islam birliyi ideyasının daşıyıcısı olub: "Məncə, Ünsizadələrin fəaliyyətinin türk millətçiliyi ilə əlaqəsi Qaspıralı İsmayılın əsərlərinin çapı ilə bağlıdır". Bu fikirlərdən aydın olur ki, İsmayıl bəy Qaspıralı ilk dəfə 1881-ci ildə nəşr etdiyi "Tonğuç" və "Şəfəq" (1882) qəzetlərini S.Ünsizadənin "Ziya" mətbəəsində çap etdirib, Tiflisdə onun mətbu imkanlarından yararlanıb.

Bütün türklər üçün ortaq əlifba və imlanın vacibliyini fəaliyyəti dönəmində əməli işləri ilə isbat edən İsmayıl bəy Qaspıralı Ünsizadə qardaşlarının yaxın dostu, əqidədaşı olub. Ünsizadə qardaşları öz mətbu nəşrlərində Baxçasarayda baş verən hadisələrə, mədəni ruhani mühitə İ.Qaspıralının fəaliyyətinə daim diqqət yönəldib. "Ziya" 18 may 1881-ci il tarixli sayında "Baxçasaraydan məktub" məqaləsində Krımın üləma və aydınlarının knyaz Əli bəy Xanqalovun Krım müftisi təyin olunmasından duydunları məmnunluq hissini izhar edirdi. Digər bir məqalədə isə İ.Qaspıralının "Ziya" mətbəəsində çap olunan "Tonğuc" nəşri ilə bağlıdır. Məqalədə İ.Qaspıralının "Tonğuc"un "Ziya" mətbəəsində 500 nüsxədə çap olunaraq Baxçasaraya göndərildiyi qeyd olunur. İ.Qaspıralı barədə təkcə "Ziya", ("Ziyayi-Qafqaziyyə") qəzetlərində deyil, C.Ünsizadənin "Kəşkül"ündə də xeyli sayda bu şəxsiyyətin həyatına işıq salan məlumatlar, faktlar var.

Səid Ünsizadə1883-cü ilin 22 yanvar tarixindən Şamaxıya döndüyü bəlli olsa da, onun sonrakı taleyi, fəaliyyəti ilə bağlı geniş , fakt və dəlillərə əsaslanan geniş məlumatlar yoxdur.

Son əldə edilən arxiv çalışmalarına istinadən söyləmək olar ki, Səid əfəndi Bakıya döndükdən sonra da "Ziya" (“Ziyayi-Qafqaziyyə”)nin nəşrini davam etdirmək üçün çalışıb. Bakı Ruhanilər Məclisinə sədrlik müddətində Səid əfəndinin ziyasından, dürüstlüyündən çəkinənlər ona iftira, böhtan ataraq psixoloji təzyiq göstərməyə başlayıb və bu xəbis işlərini ara vermədən davam etdiriblər.

S.Ünsizadə çox keçmir ki, bütün bu təzyiqlərdən, böhtanlardan yaxa qurtararaq Türk Dünyasının mərkəzi İstanbula köçür. 1890-cı ildə İstanbula mühacirət etməli olan S.Əfəndinin ardınca qardaşı C.Ünsizadə də "Kəşkül" bağlandıqdan sonra İstanbula mühacirət edir və bunula da qardaşların həyatının Türkiyə dövrü başlayır.

Səid əfəndinin mühacirəti ilə bağlı 1890-cı illərdə İstanbulda oxuyub-işləyən Ömər Faiq Nemanzadə də məlumat verir və qeyd edir ki, S.Ünsizadə pasportu olmadan İstanbula köç edib.

Türkiyə arxivlərində Səid Ünsizadəyə aid bir neçə mühüm sənədlər, faktlar var. Bu sənədlərdən bəlli olur ki, S.Ünsizadə 21 iyun 1893-cü il tarixində Türkiyənin Tədqiqat Məclisi Şəriyyəsinə üzv olub və evlə təmin olunub. 1896-cı ilin 21 mart tarixində Səid əfəndi Osmanlı sultanının hüzurunda qəbul olunmaq üçün Mabeyinə göndərilib, Sultan II Əbdülhəmidlə görüşüb. Bu tarixdən 5 gün sonra isə S.Ünsizadə Böyük Maarif Məclisi üzvlüyünə və Məclisin tədqiqat bürosuna qəbul edilib. Bu arxiv məlumatlarını Y.Akçura da təsdiqləyir. Bu yaxın vaxtlaradək S.Ünsizadənin ölüm tarixi dəqiq bilinmirdi. Son tədqiqatlar Səid əfəndinin 61 yaşında 1903-cü ildə İstanbulda vəfat etdiyini təsdiqləyir, bu maarifçinin məzarı Fateh cameədədir.

Akif Aşırlı,

Əməkdar jurnalist

Məqalə Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin " Turan işığında 150 il " layihəsi çərçivəsində hazırlanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16 qırıcısını vurduğunu iddia edir – Pentaqondan açıqlama...

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ