Ermənistanın baş naziri Nikol Paşinyana alma atan İrəvan sakini həbsdən azad edilib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistan İstintaq Komitəsindən bildirilib ki, 71 yaşlı kişi barəsində həbs-qətimkan tədbiri olaraq yaşadığı yeri tərk etməmək barədə vəsatət verilib. Onun barəsində Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Bu maddəyə görə maksimum cəza iki il müddətinə azadlıqdan məhrumetmədir.
Vəkil Roman Yeritsyan bildirib ki, Ermənistan baş nazirinin "cinayətkarı" Azərbaycanın Qarabağ bölgəsinin sakini Albert Arustamyandır.
Mətləb