İran səfirliyi Azərbaycan vətəndaşlarına məhdudiyyət qoyulması xəbərini təkzib edir. Baki-xeber.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi açıqlama verib.
Qeyd edək ki, bəzi KİV-lər məlumat yayıblar ki, İran sərhəd keçid məntəqələri ilə bağlı yeni qayda tətbiq edıb. Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.
Ancaq Ayətullahi bildirib ki, İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb. O, İran İslam Respublikasının Azərbaycan və İran xalqları arasında əlaqələrın güclənməsində maraqlı olduğunu vurğulayaraq, əlavə etdib ki, Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək, istənilən zaman İrana səfər edə bilərlər.