Tədbirdə çıxış edən səfir bildirib ki, Türkiyə və Azərbaycan arasındakı dostluq münasibətləri bu gün ən yüksək səviyyədədir.
Çanaqqala zəfəri haqqında danışan İ.A.Coşqun vurğulayıb ki, iki dövlətin prezidentləri, o cümlədən iki ölkənin xalqları arasında əlaqələr bu gün özünün ən yüksək mərhələsindədir: "Bu gün həm də bizim ortaq tariximizə qarşı qaralama kampaniyası aparılır. Buna görə də dərdlərimizi birlikdə dünyaya çatdırmalıyıq. Qaralama kampaniyasına təəssüf edirik, amma dünyaya küsmədən, həqiqəti tarixi faktlarla sübut edəcəyik. Türkiyə prezidenti və baş nazirinin açıqlamaları buna örnəkdir. Bu məsələni obyektiv şəkildə araşdırmaq istəyənlər varsa buyursunlar, biz buna hər zaman hazırıq”.
Səfir əlavə edib ki, bu müsabiqə iki xalqın arasındakı əlaqələrə bir töhfədir.