Bazar günü günü, 08 noyabr 2026
     

Yunus Oğuz "Olaylar"ı 20 yaşın tamamına çatdırdı

Image


Sabir Rüstəmxanlı: "Olaylar" mənim nazir olduğum dövrdə qeydiyyata alınıb"
Rəfail Becanov: "Qəzetin kollektivi hər zaman peşəkarlıq nümayiş etdirib"
Elman Nəsirov: "Qəzetlər sırasında "Olaylar"ın ayrıca yeri, dəst-xətti, dəyəri var"
İlqar Orucov: "Olaylar" həm də bir jurnalistika məktəbidir..."

Həqiqət yolçuları yola çıxdıqları yolun sonunda onları nə gözlədiyini bilməsələr də, uğur sorağı ilə ümid atına süvar olub irəliləyir. Yolların sonucu isə görünmür ki, görünmür. Qarlı aşırımları, daşlı-kəsəkli yolları, otlanmış cığırları adlayıb gedir, tufanlara, borana təslim olmayıb, zamanın qəzavü-qədərinə etina etmədən gedir onlar.
Onları heç kəs və heç nə yolundan ona görə saxlayanmır ki, yükləri həqiqətdir və yolları haqqa uğurlanıb.
Keçən əsrin 90-cı illəri milli dövlətçilik tariximizin ən təlatümlü, çalxanıb-bulanan, rəngdən-rəngə düşən bir dönəmidir. Nəhayət, cəmiyyətdə durulaşma, dolğunlaşma, dirçəlmə zamanı kimi də yadda qalıb. Keçən əsrin 90-cı illəri ilə bizi çox az bir zaman ayırır, hələ o illərlə tam vidalaşmamışıq, xatirələrimiz, nostalji duyğularımız aparır bizi 90-cı illərə. Birinin uşaqlığı, birinin gəncliyi, başqa birinin fəaliyyətə, yeni uğurlara qədəm qoyduğu çağlar əlindən tutub aparır o illərə.
1995-ci ilin aprel ayının 24-də Bakıda bir qəzet, bir söz ocağı, informasiya qaynağı yaradıldı. Bu gün 20 yaşını tamamlayan, gəncliyinin qaynar çağını yaşayan mətbu orqan dövlət müstəqilliyimizdən 4 yaş kiçikdir. Müstəqilliyimizin yaşına yaşı çatan "Olaylar" qəzeti illərdir cəmiyyətdə, ictimai həyatda, mədəniyyətdə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərir. Bizim üçün də doğma olan bu qəzetin illərdir media aləmində olması, ictimai rəyə təsir etməsi, dövlətin və dövlətçiliyin keşiyində durması, bizi sevməyən qüvvələrə qarşı kəskin mübarizə aparması göz qabağındadır.
"Olaylar" qəzetinin 20 ildə keçdiyi yol təbii ki, hər kəsin gözü qarşısında olub. Bu baxımdan qəzet rəhbərliyinin, kollektivinin sevincinə şərik olanlar az deyil.
20 yaşlı "Olaylar"ın keçdiyi yolu tanınmışlar necə qiymətləndirir?
Millət vəkili Sabir Rüstəmxanlı "Bakı-Xəbər"ə bildirdi ki, "Olaylar" qəzeti onun üçün olduqca doğma qəzetdir. S.Rüstəmxanlının bildirdiyinə görə, "olay", "olaylar" sözünü müstəqillik illərində mətbuata o gətirib. "Olaylar" qəzetinin qeydiyyata alınmasının onun nazir olduğu dövrdə baş verdiyini deyən S.Rüstəmxanlı qəzetin bütün uğurlarına sevindiyini bildirdi: "Bu qəzet özümə yaxın bildiyim mətbu orqandır. Eyni zamanda da qəzetin rəhbəri mənim köhnə dostumdur. Yunus Oğuzu meydan hərəkatı dövründən tanıyıram. Yazıçı kimi də son illər yazdığı əsərlərlə ədəbiyyat aləmində özünə yer tutub. "Olaylar" qəzetinin özəlliyi mənim də bağlı olduğum barış, qardaşlıq, milli birlik ideyasına sadiqlikdir. Bundan başqa, bu mətbu orqanın tərəfsizliyi qoruması, milli və dövlətçilik maraqlardan çıxış etməsi, avantürist, keçici maraqlardan uzaq olması diqqəti çəkir. Dəqiq, qərəzsiz informasiyalar verir, həqiqətə söykənməyən məlumatları yaymır. Digər tərəfdən, siyasi məsələlərdə balansı qoruyur, bir növ ziyalı, vətəndaş mövqeyindən çıxış edir. Bəzi qəzetlər kimi söyüş, ittiham yolunu seçərək tirajını böyütməklə məşğul olmur. Milli mətbuat aləmində "Olaylar"ın öz yeri, dəst-xətti var. Onu da deyim ki, "Olaylar" mənim nazir olduğum dövrdə qeydiyyata alınıb. 20 il az deyil, bir igidin ömrüdür. Mətbuat tariximizdə elə qəzetlər var ki, cəmi bir il çıxıb, amma tarixdə qalıb. Mən "Olaylar" qəzetinin baş redaktorunu, kollektivini təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram. Gün o gün olsun ki, 100 yaşlarını qeyd etsinlər".
"İnsan Hüquqları və Maarifçilik" İctimai Birliyinin sədri Rəfail Becanov da "Olaylar"ın kollektivini təbrik etməklə yanaşı, qəzetin keçdiyi yolu da təhlil edib. O bizimlə söhbətində bildirdi ki, "Olaylar" qəzeti Azərbaycan milli mətbuat tarixində öz yeri olan mətbuat orqanlarından biridir: "Müstəqillik illərimizin ilk illərindən, ölkəmizin burulğan içində olduğu 90-cı illərin ortalarında daim öz mövqeyi olub və müstəqilliyimizin qorunub saxlanması üçün bir mətbuat orqanı olaraq mübarizə aparıb. "Olaylar" qəzeti cəmiyyətimizin sovet təfəkküründən uzaqlaşmasında, milli-mənəvi dəyərlərimizin təbliğində, tariximizin, mədəniyyətimizin dərin köklərinin dünyaya çatdırılmasında, demokratik cəmiyyət quruculuğunda da öz yeri olan qəzetlərdəndir. Milli kimliyimiz, bütöv azərbaycançılıq ideyasının təbliğində hər zaman öndə olub. Ona görə də "Olaylar" qəzeti hər birimizin tribunasına çevrilib. Bu qəzetin səhifələrində sözümüzü deyə, mövqeyimizi ifadə edə bilmişik. Hörmətli dostumuz Yunus bəy cəmiyyətimizin bütün təbəqələri üçün açıq olan, daim demokratik ənənələrə söykənən bir qəzet yaradıb. Yunus bəyin milli ruhu, demokratik dəyərlərə olan sayğısı "Olaylar" qəzetində büsbütün görünür. Qəzetin kollektivi də hər zaman peşəkarlıq nümayiş etdirib, jurnalistikanın təməl prinsiplərinə əməl edilib. "Olaylar" qəzeti 20 illik fəaliyyət müddətində çox böyük işlər görüb. Qəzetin baş redaktoru Yunus Oğuz başda olmaqla, "Olaylar"ın hörmət bəslədiyim bütün kollektivini təbrik edirəm. İnanıram ki, "Olaylar" Azərbaycan mətbuatının daha da böyük uğurlar qazanmasında bundan sonra da pay sahibi olacaq".
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov bizə bildirdi ki, daim əməkdaşlıq etdiyi, fəaliyyətini izlədiyi, uğurlarına sevindiyi "Olaylar"ın 20 yaşa çatması çağdaş mətbuatımız üçün önəmli hadisədir: "Azərbaycanda mətbuat azadlığı, fikir azadlığı var və mətbuat müstəqildir. Bu azadlıqlar mövcuddur və mətbuat inkişaf edir. Qəzetlər sırasında "Olaylar"ın ayrıca yeri, dəst-xətti, dəyəri var. Bu qəzetlə hər zaman əməkdaşlıq edirəm və bu əməkdaşlıqdan böyük zövq alıram. Dünyada baş verən hadisələri gündəmə gətirir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq işinin dünyaya yayır və düşmənlərimizə qarşı mübarizədə fəaldır. Bilirsiz ki, son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyasının miqyası genişlənib. I Avropa Oyunları ilə bağlı olaraq bəzi xarici dairələr ölkəmizin əleyhinə kampaniya aparır. Ölkəmizdə "5-ci kolon" funksiyasını yerinə yetirən qüvvələr var. Bütün bu məsələlərə qarşı mütəşəkkil olmalıyıq və "Olaylar" da bu hallara qarşı mübarizə aparır. Bu qəzet dövlətə, dövlətçiliyə xidmət edir. Daim əməkdaşlıq etdiyim və fikirlərimi, yazılarımı böyük məmnuniyyətlə çap edən qəzetin rəhbərliyinə, kollektivinə uğurlar arzu edirəm".
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da "Olaylar"ın 20 illiyi ilə bağlı fikirlərini gənclər adından bildirdi: "Olaylar" adlı qəzeti və eyniadlı informasiya agentliyinin rəhbərliyini və bütün kollektivi 20 illik yubileyləri münasibətilə həm öz adımdan, həm rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti adından təbrik edirəm. Bu gözəl kollektivə növbəti onilliklərdə yeni-yeni uğurlar arzulayıram. 20 illik fəaliyyət təbii ki, qəzetçilikdə az müddət deyil. Bu, 20 illik böyük bir təcrübə və formalaşmış bir ənənə deməkdir. Həm də bu onu göstərir ki, "Olaylar" həm də bir jurnalistika məktəbidir. Bu məktəb Azərbaycan jurnalistikasının formalaşmasında özünəməxsus və şərəfli bir yol keçib. Eyni zamanda, fəaliyyətində daim dövlətçiliyə sadiqlik, milli təəssübkeşlik, qərəzsizlik, operativlik, prinsipiallıq nümayiş etdirərək geniş auditoriyasını formalaşdıra bilib. Uzun illər bu gözəl kollektivlə əməkdaşlıq edən bir təşkilat rəhbəri olaraq deyə bilərəm ki, həm "Olaylar" qəzeti, həm də "Olaylar" İnformasiya Agentliyinin ənənələrə sadiqliyini həmişə hiss etmişəm. Əlbəttə, hər bir uğurun arxasında güclü lider və uğurlu komanda durur. Və "Olaylar"ı "Olaylar" edən həmişə qələminə, sözünə sayğı ilə yanaşdığım ictimai xadim, publisist, dostumuz Yunus Oğuzdur. Və nəhayət, Yunus müəllimin rəhbərliyi ilə fəaliyyət göstərən fədakar "olayçılar"dır".

Taninmiş şairə, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili də "Olaylar”ı təbrik etdi:”Mətbuat həyatın aynasıdır. İctimai həyatımızda baş verən prosseslər mətbuatda izini qoyur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra mətbuat görünməmiş bir şürətlə inkişaf etdi, bu inkişafın kəmiyyət miqyası ilə yanaşı keyfiyyət imkanlarının genişlənməsi də diqqəti çəkir. 20 il bundan qabaq ilk nömrəsi işiq üzü görmüş "Olaylar " qəzetinin fəaliyyətinin qənaətbəxş olduğunu oxucuları dönə-dönə qeyd edirlər... "Olaylar" qəzetində verilən xəbərləri, siyasət, sosial, mədəniyyət, şou-biznes, idman, kriminal, Güney Azərbaycan, din və digər mövzularda araşdırma yazıları, analitik təhlillər oxucuların marağ və mütaliə dairəsinə uyğundur. Təbii dəqiq və maraqlı məlumati öz oxucunu öz səhifəsində işıqlandıran bir mətbu orqanın ömrü uzun olacaqdır. Mən bir şairə publisit kimi, BDU- nun müəlliməsi kimi bu mətbu orqanın fəaliyyətindən yararlanıram və "Olaylar” qəzetinin bütün rəhbərliyinə və jurnalist heyyətinə uğurlar arzu edirəm”.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və kollektiv adından "Olaylar"ın rəhbərliyini, əməkdaşlarını ürəkdən təbrik edir, yaradıcılıq uğurları, dövlətçilik, milli maraqlar uğrunda gördükləri işlərdə başarlar diləyirik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ