V.Qafarov qeyd edib ki, erməni qırğınlarına ən çox məruz qalan Bakı, Şamaxı, Quba, Şərur, Sədərək və Zəngəzur bölgələri üzrə ermənilərin qətlə yetirdiyi insanların sayı 124 min 236 nəfərdən artıq, vurduğu maddi ziyan isə 8 milyard 235 milyon rubl təşkil edib: "İndiki rəqəmlərlə isə bu məbləğ 371 milyard dollar təşkil edir".
V.Qafarov qeyd edib ki, ermənilər indi qondarma "soyqırım" ilə bağlı iddialar irəli sürür, amma bununla bağlı heç bir sübut ortaya qoya bilmirlər: "Lakin biz ermənilər tərəfindən qətlə yetirilən insanların kimliklərini, qeydiyyatda olduqları əraziləri də üzə çıxartmışıq".
V.Qafarovun sözlərinə görə, təəssüf ki, dünya ictimaiyyəti ermənilərin uydurduğu saxta tarixin arxasınca gedib buna göz yumur.