"Bu gün dünya birliyində özünün layiqli yerini tutan Türkiyə vaxtilə üz-üzə dayandığı dövlətlərlə bir sırada durur, eyni dəyərləri bölüşür, demokratik cəmiyyət qurur, birgə yaşayış prinsiplərinə, əməkdaşlıq prinsiplərinə söykənərək bugünkü dünyanın daha azad, sərbəst, sülhsevər olması uğrunda öz siyasi xəttini həyata keçirir. Buna baxmayaraq, təəssüf ki, o zaman türk dünyasına, dövlətinə qarşı birləşərək onu boğmağa çalışan müəyyən dövlətlər bu gün də anti-türk, anti-müsəlman ruhundan qidalanaraq ikili standartları həyata keçirməyə çalışır”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Heydər Əliyev Mərkəzində "Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala – 100” adlı elmi konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu standartlar çərçivəsində bugünkü dünya nizamını müəyyənləşdirmək üçün addımlar atılır.