K.Əliyev qeyd edib ki, son 10 ildə korrupsiya cinayətlərindən 68-i rüşvət alma, 133-ü vəzifə səlahiyyətlərindən sui-istifadə, 449-u qulluq mövqeyindən istifadə edərək talama cinayətləri ilə əlaqədar olub: "Bu cinayətlər üzrə dövlətə 200 milyon manatdan artıq ziyan vurulub. Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub. 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib”.
O həmçinin bildirib ki, ötən illərdə ümumilikdə İdarənin "Qaynar xətt”inə vətəndaşlardan 22 min 822 müraciət və məlumat daxil olub.
Cinayət işləri iə bağlı Baş İdarənin əməliyyat qrupları tərəfindən 76 əməliyyat tədbirləri həyata keçirilib.