Bazar günü günü, 08 noyabr 2026
     

Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqlarına xidmət edib”

Image


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə aprelin 20-də Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı ilə "Türk dünyası” kitabının geniş təqdimat mərasimi keçirilib. Kitab TDBB-nin dəstəyi ilə nəşr olunub.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, TDBB-nin Yüksək Yazarlar Şurasının üzvü, tanınmış yazıçı, professor Özgen Keskinin müəllifi olduğu kitabda türk dünyasının çoxəsrlik tarixi dövründə maraqlı faktlar, iki minillik ərzində əbədi iz qoyan türk xalqının 12 öndəri, o cümlədən Atilla, Dədə Qorqud, Çingiz xan, Mustafa Kamal Atatürk və ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətləri ilə bağlı müfəssəl məlumatlar təqdim olunur.

Tədbirdə iştirak etmək üçün ölkəmizə gələn Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Fəxri Solak və Birliyin üzvləri Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Qonaqlar, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzüblər.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, görkəmli tarixçilər, ziyalılar, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərdiyini vurğulayıb.

Əli Həsənov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqları, Azərbaycanın mənafeyi naminə misilsiz işlər görüb, dahi rəhbərin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən neft strategiyası, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, dostluğun və qardaşlığın möhkəmlənməsinə xidmət edir. Ümummilli Liderin yüksək ideyaları, amalları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Prezidentin köməkçisi bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu, tarix boyu xalqlarımızın bir-birini dəstəklədiyini vurğulayıb. Əli Həsənov bu günlərdə Avropa Parlamentinin qəbul etdiyi qondarma "erməni soyqırımı” ilə bağlı qətnaməyə toxunaraq qeyd edib ki, bu sənəd qurumun tarixində ən biabırçı, həqiqəti əks etdirməyən, Birinci Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır. Bu qətnamənin antimüsəlman və antitürk ovqatından qaynaqlandığı şübhə doğurmur. Bu qərar Azərbaycanda və Türkiyədə haqlı olaraq ciddi surətdə pislənilir. Türkdilli dövlətlər bu istiqamətdə birlik nümayiş etdirməlidirlər.

Əli Həsənov deyib: "Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının əsasında müasir dünyanın yeni çağırışları fonunda dövlətlərimizin və xalqlarımızın eyni mövqedən çıxış etməsi reallığı dayanır. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin söykəndiyi əsas prinsipdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Bizi birləşdirən bizim tariximizdir, - xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar, - ənənələrimizdir, bizim mədəniyyətimizdir, dilimizdir, kökümüzdür, etnik mənsubiyyətimizdir. Bu, gələcək inkişaf üçün çox böyük bir əsasdır” fikirlərini irəli sürməsi Azərbaycan dövlətinin türkdilli xalqların birliyinə verdiyi əhəmiyyətin bariz göstəricisidir”.

Türk xalqlarının birliyinə töhfə olan "Türk dünyası” kitabının ərsəyə gəlməsini dahi öndərin türkdilli ölkələrin və xalqların inkişafı naminə gördüyü misilsiz işlərin məntiqi nəticəsi kimi qiymətləndirən Əli Həsənov türk xalqlarının tarixini öyrənmək, topluda təqdim olunmuş müfəssəl ensiklopedik məlumatları geniş oxucu kütləsinə çatdırmaq baxımından nəşrin əhəmiyyətini xüsusi qeyd edib.

Prezidentin köməkçisi diqqətə çatdırıb: "Kitabda qədimdən başlayaraq müasir dövrümüzə qədər türk dövlətçiliyinin tarixində böyük rol oynamış, özlərinin sərkərdəlik, ölkəni idarə etmək qabiliyyətləri və bacarıqları ilə adları tarixə əbədi həkk olunmuş, təmsil etdiyi xalqın milli mənafeyini hər şeydən üstün tutaraq bu yolda qətiyyətli mübarizə aparmış Oğuz xan, Atilla, Bilgə Xaqan, Alparslan, Çingiz xan, Osman Qazi, Mustafa Kamal Atatürk, Heydər Əliyev kimi müdrik dövlət xadimləri və onların keçdiyi kəşməkəşli həyat yolu ilə bağlı məlumatlar öz əksini tapıb. Bu görkəmli şəxsiyyətlər türk dünyasının ortaq ataları kimi dəyərləndirilib və onların öz xalqının mənafeyi naminə gördüyü işlərin gələcək nəsillər üçün böyük bir örnək olduğu xüsusi olaraq vurğulanıb.

TDBB-nin baş katibi professor Fəxri Solak Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib, Ulu Öndərin "Bir millət, iki dövlət” kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılaraq fəaliyyətə başlayan TDBB-nin üzv dövlətlərinin bələdiyyələri arasında əlaqələrdən danışan F.Solak ölkəmizin birlikdə fəal təmsilçiliyini, əməkdaşlıq çərçivəsində birgə mədəni və humanitar tədbirlərin keçirildiyini qeyd edib, Birliyin fəaliyyəti dövründə bir çox nəşrlərin işıq üzü gördüyünü, Türkiyədə nəfis şəkildə nəşr olunmuş "Türk dünyası” kitabının TDBB-nin bütün türk dünyasına dəyərli töhfəsi olduğunu vurğulayıb.

Müəllif Ö.Keskin təqdim olunan kitab barədə ətraflı məlumat verərək topluda türk dünyasının ən görkəmli dövlət xadimlərindən bəhs olunduğunu, miladdan öncə Hun dövlətinin hökmdarı olan Oğuz xandan başlayaraq iki müasir müstəqil türk dövlətinin – Türkiyənin və Azərbaycanın qurucuları Mustafa Kamal Atatürk və Heydər Əliyevin həyat və fəaliyyətləri haqqında geniş söhbət açıldığını bildirib, ulu öndər Heydər Əliyevin nəinki Azərbaycan xalqının, eyni zamanda, bütün türk dünyasının qürur mənbəyi olduğunu vurğulayıb. O deyib ki, bu nəşrdə türk dünyasını təmsil edən dövlətlər, onların qədim tarixi və müasir dövrdəki coğrafiyası, ərazisi, əhalisi, mədəniyyəti, dövlət atributları, sərhədləri, xəritələri haqqında məlumatlar yer alıb.

Tədbirdə məruzə ilə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, Akademiyanın müxbir üzvü Yaqub Mahmudov ümummilli lider Heydər Əliyevin zəngin irsindən, türk dünyasının tarixindən danışıb, Ulu Öndərin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi dahi şəxsiyyət, əbədi lider olduğunu, türkdilli dövlətlərin və xalqların arasında əlaqələrin möhkəmləndirilməsi üzrə tarixi xidmətlərini qeyd edib. Bildirib ki, Heydər Əliyev zəkası ilə türk dünyasında birliyin formalaşdırılması üçün uzaqgörən addım atıb, dahi rəhbərin bilavasitə təşəbbüsü ilə təməli qoyularaq həyata keçirilən qlobal layihələr türkdilli dövlətləri birləşdirir. Türk dünyasının ulu öndər Heydər Əliyev ilə qürur duyması və onun dahi şəxsiyyət, müdrik siyasi xadim kimi qəbul olunması da tarixi etirafdır. Bu mənada türk dünyasının tarixi şəxsiyyətləri sırasında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan "Türk dünyası” kitabının nəşri qürurvericidir. Heydər Əliyevin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir. Bu gün ölkəmiz ümummilli lider Heydər Əliyev dühası ilə daha da inkişaf edir, möhkəmlənir.

Heydər Əliyev irsinin tədqiqatçıları, Ulu Öndərlə bilavasitə təmasda olmuş deputatlar Arif Rəhimzadə, Elmira Axundova, Nizami Cəfərov, Musa Qasımlı və İradə Hüseynova dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolunu qeyd edərək, Vətən və xalq naminə gördüyü nəhəng işləri vurğulayıblar. Türk dünyasının inkişafında, türk və Azərbaycan dillərinin təbliği və yayılmasında, türkdilli xalqların maraqlarının qorunmasında ulu öndər Heydər Əliyevin müdrik siyasəti barədə danışan natiqlər əbədiyaşar liderin şərəfli ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.

Çıxışlarda əminliklə qeyd olunub ki, "Türk dünyası” kitabı türk xalqları və dövlətləri, onların qədim mədəniyyəti, tarixi şəxsiyyətləri barədə müfəssəl və dolğun məlumatların təbliği və gənc nəslə çatdırılması baxımından dəyərli töhfə olacaq.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ