Bazar günü günü, 08 noyabr 2026
     

Gülşən Əhmədova: “Əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı əlavə tədbirlər görüləcək”

Image


Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis polkovniki Gülşən Əhmədovanın Trend-ə müsahibəsi

- Bu ilin payızında Azərbaycanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar vətəndaşların öz seçki hüquqlarını həyata keçirə bilməsi üçün sizin şöbə tərəfindən hansı işlər görülür?

- 2015-ci ilin payızında ölkədə baş tutacaq parlament seçkiləri ilə bağlı hər bir vətəndaşın öz seçki hüququnu həyata keçirə bilməsi üçün biz indidən tədbirlər görürük. Bilirsiniz ki, 16 yaşı tamam olmuş hər bir vətəndaş şəxsiyyət vəsiqəsi götürməli, 25 və 50 yaşları tamam olduqda isə şəxsiyyət vəsiqələrini dəyişməlidirlər. Biz indi əsasən şəxsiyyət vəsiqələrinin müddəti bitdiyinə görə dəyişmə vaxtı çatmış, eləcə də ad və soyadında dəyişiklik baş vermiş vətəndaşlarla aktiv şəkildə işləyirik. Bununla bağlı maarifləndirmə işləri görürük. Əhali xəbərdar olmalıdır. Adam var ki, 50 yaşı tamam olub, amma heç fikirləşmir ki, şəxsiyyət vəsiqəsini dəyişmək lazımdır. Adam isə hesab edir ki, onun şəxsiyyət vəsiqəsi var və o, parlament seçkilərində iştirak edə bilər. Həmin sənəd vətəndaşın 50 yaşı tamam olduğu gündən etibarən hələ bir ay da etibarlı hesab olunur. Lakin sonra həmin sənəd tam etibarsız olacaq. Axı niyə gərək hamı son günü gözləsin? Bunu vaxtında etmək lazımdır.

Digər tərəfdən, qarşıdan yay ayları yaxınlaşır, xaricə istirahətə getmək istəyən çox adam ümumvətəndaş pasportu almağa gələcək. Bunun üçün isə ilk növbədə hamının şəxsiyyət vəsiqəsi olmalı, yaş həddi tamam olanlar isə şəxsiyyət vəsiqəsini dəyişməlidirlər. Ona görə də respublikanın ərazisində səyyar qruplar şəklində xidmətə başlamışıq. Bu iş fəal surətdə davam etdirilir. Məsələn, son zamanlar təşkil edilən səyyar xidmətlər zamanı Goranboy, Qazax, Pirallahı rayonlarında yüzlərlə vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Ümumiyyətlə, Baş İdarə tərəfindən göstəriş verilib ki, bu səyyar xidmətlər bütün ölkə boyu həyata keçirilsin. Əsas hədəf isə hərəkət məhdudiyyəti olan, yol şəbəkəsi pis olan ucqar rayonlarda və kəndlərdə yaşayan insanlardır.

Biz görürük ki, səyyar xidmət forması səmərəli nəticələr verir. Ona görə də parlament seçkiləri öncəsi biz şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı əlavə tədbilər görəcək, səyyar xidmətlərin sayını daha da artıracağıq. Artıq bununla bağlı yerlərdə tapşırıqlar verilib. Biz həmçinin Bakının qəsəbələrində uşaq evlərində əqli qüsurlu uşaqlara şəxsiyyət vəsiqələrinin verilməsini təmin etdik. Bu iş də intensiv davam etdiriləcək. Biz 1 iyun – Uşaqların Müdafiəsi Günü kütləvi tədbirlərin keçirilməsini planlaşdırırıq. Həmçinin may ayında qocalar evində səyyar xidmət göstəriləcək. Psixiatrik dispanserdə, cəzaçəkmə müəssisələrində, eləcə də məcburi köçkünlərin məskunlaşdığı yerlərdə də belə tədbirlər həyata keçirilib və davam etdiriləcək. Kimlər ki, yataq xəstəsidir, hərəkət imkanları məhduddur, bizə müraciət ediləcəyi təqdirdə həmin şəxslərə də səyyar şəkildə xidmət göstərməyə hazırıq. Belə hallar olub.

- Bu günədək Azərbaycan vətəndaşlarına nə qədər şəxsiyyət vəsiqəsi verilib? Xüsusən uşaqların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində vəziyyət necədir?

- Ümumiyyətlə, Azərbaycanda vətəndaşlara 2015-ci ilin martın 31-dək 7 milyon 187 min 179 şəxsiyyət vəsiqəsi verilib. Bunlardan 6 milyon 543 min 88-i 16 yaşından yuxarı, 644 min 91-i isə 16 yaşından aşağı vətəndaşlara verilib.

Biz səyyar xidmətləri əsasən məktəblərdə keçirirdik ki, uşaqlar da şəxsiyyət vəsiqələri ala bilsinlər. Məsələn, Goranboyda valideynlər uşaqları ilə birgə gəlirdilər. Valideynlər həm öz şəxsiyyət vəsiqələrini dəyişir, həm də uşaqlarına şəxsiyyət vəsiqəsi götürürdülər. İndi hələ ki, aprel ayıdır. Azərbaycan vətəndaşlarının imkanları genişləndikcə yay aylarında xarici ölkələrdə istirahətə gedənlərin sayı da getdikcə artır. Lakin çoxlarının yalnız səfər öncəsi yadına düşür ki, uşaqlara pasport almaq, bundan əvvəl isə şəxsiyyət vəsiqəsi götürmək lazımdır. Biz isə indidən bu tədbirləri keçiririk ki, yay aylarında nə vətəndaşlar, nə də bizim üçün gərginlik yaşanmasın. Mən uşaqları ilə birgə xarici ölkələrə səfərə getməyə hazırlaşan valideynlərə əlavə gərginlik və problemlərlə üzləşməmək üçün övladlarının sənədləşmə məsələlərini vaxtında həll etmələrini tövsiyə edirəm.

Qanuna əsasən, 1 günlüyündən tutmuş 16 yaşı tamam olanadək uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün onun valideynləri, əgər valideynləri yoxdursa, qəyyumu bizim İdarəyə ərizə-anketlə müraciət etməlidir. Bundan əlavə, mütləq şəkildə uşağın doğum haqqında şəhadətnaməsi təqdim edilməlidir. Şəhadətnamədə pozuntular, düzəlişlər olanda valideynlər və ya qanuni nümayəndələr buna ciddi diqqət yetirməli və Ədliyyə Nazirliyinə müraciət edərək ya onun dublikatını, ya da notarial qaydada təsdiq edilmiş variantını alaraq bizə təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi 16 yaşınadək vətəndaşlara şəkilsiz verilir. Uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün heç bir rüsum tələb olunmur.

- Əhalinin şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı təşkil edilən səyyar xidmətlərə münasibətiniz necədir?

- Vətəndaşlar da bu tədbirləri çox yaxşı qəbul edir, razı qalır və minnətdarlıq edirlər. Çünki bir var ki, vətəndaş özü polisə gəlib müraciət edərək şəxsiyyət vəsiqəsi götürsün. Bir də var ki, polis özü onun qapısına getsin. Vətəndaş hiss edir ki, polis ona diqqət yetirir, dövlət ona qayğı göstərir. Digər tərəfdən, bu tədbirlər bir daha göstərdi ki, Azərbaycan vətəndaşı öz polisinə etibar edir və onu özünün mühafizəçisi və müdafiəçisi kimi görür. Bu müddət ərzində qəbul etdiyimiz vətəndaşlar bizə, elə şəxsən özümə də müxtəlif problemlərlə müraciət ediblər.

Səyyar xidmətlər çox yaxşı nəticələr verir. Bu idarənin əsas vəzifəsini ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələri ilə təmin etmək, onların qeydiyyat məsələlərini həll etməkdir. Şəxsiyyət vəsiqəsi olmadıqda insan ictimai həyatda iştirak edə bilmir. O demək olar ki, hüquqi cəhətdən mövcud olmur. Şəxsə təhsil almaq, işə düzəlmək, müqavilə bağlamaq, kredit götürmək, nikaha girmək və s. məsələlər üçün mütləq ilk növbədə şəxsiyyət vəsiqəsi lazımdır. Hətta ən son nöqtəmiz olan ölümdən sonra da onun ölüm faktını qeydə almaq üçün şəxsiyyət vəsiqəsi lazım olur və sonda vəsiqə DİN-ə qaytarılır.

- Bəs işinizdə ən çox rastlaşdığınız əsas problem və çətinliklər hansılardır?

- Artıq 30 ildən çoxdur ki, bu xidmətdəyəm. Amma bu qəbullar mənim üçün demək olar ki, bir kəşf oldu. Məsələn, vətəndaşa deyirik ki, sizin mülkiyyət hüququnuz təsdiqlənməyib. Sizə deməyiblər ki, gedib evin "kupça”sını alın, əmlakın hüquqi qeydiyyatını keçirin, bunu hüquqi formaya salıb sənədləşdirin? Deyirik ki, mülkiyyət hüququnun təsdiqlənməsi polisin səlahiyyəti deyil, gedin müvafiq dövlət orqanına müraciət edin. Yalvarırıq, "qurban olum” deyirik. Amma vətəndaş israr edir ki, yox, bu işi ancaq polis təşkil edə bilər. Sonra da axırda gedib şikayəti də polisdən edir ki, məni qeydiyyata almırlar. Polis səni necə qeydiyyata alsın ki, tikdiyin evin nə icazəsi, nə də "kupça”sı var? Deyirik ki, axı bunun üçün müvafiq, aidiyyatı orqana müraciət etmək lazımdır. Deyir ki, yox, mənə yalnız polis kömək etməlidir.

Bəzən vətəndaşlığı müəyyən olunmayan və ya başqa dövlətdə doğularaq Azərbaycanla heç bir bağlılığı olmayan, nə qeydiyyatı və nə də hər hansı siyahıda adı olmayan şəxs Azərbaycan vətəndaşı olmaq üçün bizə müraciət edir. Başa salırıq ki, vətəndaşlıq məsələsinin həlli başqa dövlət orqanının, Dövlət Miqrasiya Xidmətinın səlahiyyətindədir və ora müraciət edilməlidir. Lakin yenə də gedir bizdən şikayət edir ki, ona şəxsiyyət vəsiqəsi vermirik.

Bunun digər, bizim üçün xoş olan tərəfi də var. Çünki bu göstərir ki, vətəndaşlar onların problemlərinin həllini məhz polisdən gözləyir. Vətəndaş polisi özünə yaxın hesab edir. Vətəndaşlar bilsinlər ki, idarədə şəxsiyyət vəsiqələri və qeydiyyatla bağlı hər bir şəxsi qəbul etməyə hazırıq. Əgər onlar bizim əməkdaşlarımızdan kimsə tərəfindən hansısa problemlə rastlaşıblarsa və hesab edirlərsə ki, onlarla düzgün davranılmayıb, əlavə sənəd tələb edilib və ya haqlı olduğu halda məsələlərin həlli onları qane etməyib, onları hər zaman qəbul edib şikayətlərini dinləməyə hazırıq. Ancaq bir şərtlə ki, onların özlərinin istəkləri də qanuni çərçivədə, hüquqi əsaslandırılmış olsun.

Bizim şöbənin əsas funksiyası respublikada qeydiyyat və şəxsiyyət vəsiqəsi üzrə xidmətlərin fəaliyyətini təmin etmək, bu sahədə təhlil və nəzarət işləri aparmaqdır. Məqsədimiz odur ki, vətəndaş məmnunluğu təmin edilsin, onlar əsassız imtinalarla üzləşməsinlər. Əgər vətəndaş bizim xidmətə hansısa problemlə bağlı müraciət edirsə, çalışırıq ona hərtərəfli diqqət və köməklik göstərilsin. Bizim üçün vacibdir ki, əməkdaşlarımız vətəndaşlarla nəzakətli davransınlar. İndi fəaliyyətimizi əsasən bu istiqamətdə qururuq. Bizim xidmətdə bu məsələ xüsusilə vacibdir. Çünki hər bir vətəndaş polis orqanına müraciət edərək şəxsiyyət vəsiqəsi alır. Ona görə də nəzakətli davranışa xüsusən diqqət yetiririk. Çalışırıq ki, bütün məsələlər və problemlər hüquqi müstəvidə həll olunsun, qanunsuz hərəkətlərə yol verilməsin, əsassız sənədlər tələb olunmasın.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ