Ə.Həsənov deyib ki, Çanaqqalada türk əsgərləri və onlara qoşulan, sıralarında azərbaycanlıların da olduğu digər könüllülər, faktiki olaraq, türk xalqının iradəsinin məğlubedilməzliyini ortaya qoydular, xalqı və dövləti məhv olmaqdan xilas etdilər: "Bu zəfərin qeyd edilməsi ilə bağlı Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə tədbirlər planı hazırlanıb. Tədbirlər həm Türkiyədə, həm Azərbaycanda, həm də dünyanın ayrı-ayrı ölkələrində həyata keçirilir. Yekun nöqtə olaraq aprelin 24-də Çanaqqalada dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək”.