Bazar günü günü, 08 noyabr 2026
     

Prokuror Rəsul Cəfərova 9 il istədi, məhkəmə 6 il 6 ay həbs hökmü çıxardı

Image


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rəsul Cəfərova hökm oxunub.

Baki-xeber.com xəbər verir ki, cinayət işi Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş materiallar əsasında 22 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313-cü maddələri ilə başlanmış və istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmışdır.

Istintaq zamanı toplanmış sübutlara əsasən hüquqi qeydiyyatı olmayan "İnsan hüquqları klubu” ictimai birliyinin həmtəsisçisi və sədri Cəfərov Rəsul Ağahəsən oğlunun qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək külli miqdarda gəlir əldə etməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsinə ödənilməli olan xeyli miqdarda vergiləri ödəməkdən yayınması müəyyən edilmişdir.

İttiham aktına əsasən, Rəsul Cəfərovun törətdiyi cinayət əməlləri onun özünün, zərər çəkmiş və şahid ifadələri, üzləşdirmə, baxış, axtarış və götürmə protokolları, yoxlama aktları, ekspertiza rəyləri, rəsmi sənədlər və işin digər faktiki halları ilə kifayət qədər təsdiq olunmuş, ona görə də 12 dekabr 2014-cü il tarixdə onun Azərbaycan Respublikası CM-nin 179.3.2 (külli miqdarda özgə əmlakını mənimsəmə), 192.2.2 (külli miqdarda gəlir əldə etməkə qanunsuz sahibkarlıq), 213.1 (xeyli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində olunması barədə qərar qəbul edilmiş, CM-nin həmin maddələri ilə ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Rəsul Cəfərova elan edilmiş ittihamlarda göstərilmişdir ki, o, 10 dekabr 2010-cu il tarixdə Bakı şəhərində təsis olunmuş "İnsan hüquqları klubu” adlı quruma təsisçilərin ümumi yığıncağının həmin tarixli qərarı ilə sədr vəzifəsinə seçilərək 13 iyun 2000-ci il tarixli "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə zidd olaraq dövlət qeydiyyatına alınmadan qeyri-hökumət təşkilatı adı altında hüquqi şəxs statusunda fəaliyyət göstərərək beynəlxalq və xarici dövlətlərin donor təşkilatlarından müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan müqavilələr üzrə qrant adı ilə külli miqdarda maliyyə vəsaitləri alıb, özünü təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri təyin etməklə həmin pul vəsaitlərini təyinatı üzrə istifadə etməyib müxtəlif vəzifələrə işçilər cəlb edərək guya xidmətlərin göstərilməsi, işlərin görülməsinə görə xidmət haqlarının ödənilməsi barədə tərəflərin razılaşdırdıqları məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş rəsmi sənəd olan müqavilə, təhvil-qəbul aktı, kassa məxaric orderləri və mədaxil qəbzləri əsasında 2010-2014-cü illər ərzində 150636,37 manat məbləğində külli miqdarda pul vəsaitini mənimsəmə yolu ilə talamış, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə özünü təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri təyin etməklə müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də layihələrə cəlb edilmiş digər şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil edib, qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 150170,62 manat məbləğində külli miqdarda gəlir əldə etməklə fiziki və hüquqi şəxslərin, eləcə də cəmiyyətin və dövlətin iqtisadi maraqları üzrə hüquq və mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, qulluq səlahiyyətlərindən tamah niyyəti ilə sui-istifadə edib vəzifə saxtakarlığı ilə qanunsuz sahibkarlıqla məşğul olaraq 6257,11 manat xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Məhkəmənin hazırlıq iclası 15 yanvar 2015-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı 27 yanvar 2015-ci il tarixdən başlanmışdır.

Rəsul Cəfərovun ona elan olunmuş cinayətləri törətməsi həmçinin məhkəmə istintaqında tədqiq olunmuş onun özünün, zərərçəkmiş şəxs qismində tanınmış İmranlı Nicat Cavanşir oğlunun, Cəbiyev Anar Rizvan oğlunun, Əhmədov Cahangir Kazım oğlunun, Verdizadə Seymur Vaqif oğlunun, Heybətov Əhməd Nurəddin oğlunun, şahid qismində dindirilmiş Kryuçkina Tatyana Vladimirovnanın, Qasımov Azər Alxan oğlunun, Novruzov Əli Səidqulu oğlunun, Xəlilov Həmid Cəfər oğlunun, Ələsgərov Rüfət Azər oğlunun, Həsənov Ülvi Fəxrəddin oğlunun, Namazov Şahvələd Abutalıb oğlunun, Əzizov Pərviz Əmrah oğlunun, Sadiqov Elçin Əli oğlunun, Məmmədov Elnur Akif oğlunun, İsmayılova Günay Abid qızınun, Qurbanov Cavid Camal oğlunun, Şirinov Rəşad Ramiz oğlunun ifadələri, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 avqust 2014-cü il tarixli qərarına əsasən yaradılmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti nümayəndələrinin iştirakı ilə olan yoxlama komissiyasının 14 noyabr 2014-cü il tarixli aktı, məhkəmə-xəttşünaslıq ekspertizasının 03 noyabr 2014-cü il tarixli 19472 №-li, 05 dekabr 2014-cü il tarixli 22294 №-li rəyləri, məhkəmə-mühasibatlıq ekspertizasının 09 dekabr 2014-cü il tarixli 22275 №-li rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04 avqust 2014-cü il tarixli 11/2442 №-li məktubu, cinayət işi materiallarına əlavə olunmuş qrant müqavilələri və bank sənədləri-məxaric orderləri, kassa çek vərəqləri ilə və cinayət işinə əlavə olunmuş digər sənədlərlə kifayət qədər təsdiq olunmuşdur.

Ona görə də, məhkəmədə iştirak edən dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxs Rəsul Cəfərovun Azərbaycan Respublikası CM-nin 179.3.2, 192.2.2, 213.1, 308.2, 313-cü maddələri ilə təqsirli bilinib, cinayətlərin məcmusu üzrə 3 il müddətə dövlət və özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar vəzifələr tutmaq hüquqlarından məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi təklif edilmişdi.

Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ