Avropa Parlamenti aprelin 15-də baş tutacaq plenar iclasda qondarma "erməni soyqrımı” məsələsini müzakirəyə çıxaracaq. APA-nın "News.am"a istinadən verdiyi xəbərə görə, "Erməni "soyqırımı”nın 100 illiyi” mövzusunda aparılacaq müzakirələr plenar iclasın 2-ci hissəsində baş tutacaq. Parlamentarların yekun qərarı üçün müzakirə və səsvermə keçiriləcək.