Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında spiker Oqtay Əsədov Azərbaycanın bəzi müxalifət partiyalarının ilk Avropa Oyunları ilə bağlı mövqeyinə münasibət bildirib.
Milli Məclisin deputatı Siyavuş Novruzovun bu partiyaların mövqeyinin parlamentdə müzakirə edilib qiymət verilməsi təklifinə münasibət bildirən O.Əsədov həmin partiyaların fəaliyyətinə artıq qiymət verildiyini qeyd edib: "Bunlara artıq qiymət verilib. Ermənilər idman oyunlarında iştirak edəcəklər, bu insanlar isə oyunlara qarşı çıxır. Pis çıxmasın, bunlar ermənilərdən də Azərbaycana qarşı pisdirlər. Bunun nəyini müzakirə edəsən? Ehtiyac varmı buna? Bu, millət üçün artıq bəllidir”.