Güllə yarası alan həmyerlimiz xəstəxanaya yerləşdirilib. Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, o, travmatik silahdan açılan atəş nəticəsində bud və döş nahiyyəsindən yaralanıb.
Həmyerlimiz səhər saat 04.00 radələrində naməlum şəxslə mübahisə etdiyini bildirib. Onun sözlərinə görə, atəş açan şəxs "VAZ-2114” markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.
Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Volodya Muradov APA-ya açıqlamasında bildirib ki, güllələnən şəxs əslən Azərbaycanın Bərdə rayonundan olan biznesmen, 35 yaşlı Orxan Oqtay oğlu Əliyevdir.