Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, məktubda D.Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib: "O, müstəsna hal kimi arzuolunmaz şəxslər siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib”.