Bazar günü günü, 08 noyabr 2026
     

Mehriban Əliyevanın iştirakı ilə Moskvada “Bakı–2015” Avropa Oyunlarının təqdimatı keçirilib

Image


Aprelin 10-da Moskvada Azərbaycanda keçiriləcək "Bakı–2015” birinci Avropa Oyunlarının təqdimatı olub. Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva "Ukrayna” mehmanxanasının Konqres mərkəzinə gəldilər.

Heydər Əliyev Fondu və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Rusiyanın ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə "Bakı–2015” birinci Avropa Oyunlarına həsr edilmiş sərgiyə baxdılar. Tədbirin iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında hazırlanmış müxtəlif nəşrlər, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim edildi.

Tədbirin aparan məşhur televiziya və radio verilişlərinin aparıcısı Dmitri Şepelev vurğuladı ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Öz siyasi, iqtisadi və mədəni əhəmiyyətinə görə diqqəti cəlb edən bu hadisə həm də son illərdə Azərbaycanın idman sahəsində qazandığı uğurlara dəlalət edir.

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi: "Yenidən Moskvada - gəncliyimin, tələbəlik illərimin keçdiyi və çox işıqlı xatirələrimin bağlı olduğu şəhərdə olmağıma çox şadam. Mənə çox yaxın və mehriban insanların əhatəsində olmaq ikiqat xoşdur. Sizi ürəkdən salamlamaq və bu axşamı bizimlə birlikdə keçirdiyinizə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bizim görüşümüz bu ilin yayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına həsr edilib. Biz Avropanın iri paytaxt şəhərləri Roma, London, Paris, Afina, Ankara və Berlində Oyunların təqdimat mərasimlərini keçirmişik. Mən xoşbəxtəm ki, bu gün biz bu Oyunlar barədə dost Rusiyanın paytaxtı Moskva şəhərində danışacağıq".

Mehriban Əliyeva bildirib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təmələ əsaslanır: "Onilliklər boyu xalqlarımızı humanitar, mədəni və insani əlaqələr bağlayır. Bu əlaqələr ikitərəfli siyasi, iqtisadi və dövləti münasibətlər üçün çox əlverişli şərait yaradıb. Biz Azərbaycanda ənənələrə çox hörmət bəsləyir və tarixi keçmişə qayğı ilə yanaşırıq. Hesab edirik ki, bugünkü Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə əsaslanan səmimi, mehriban qonşuluq münasibətlərinin nümunəsidir. Bizim əməkdaşlığımız ictimai həyatın bütün sferalarını – həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edir. 2013-cü ilin yayında Rusiya Federasiyasının Prezidenti cənab Putinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına güclü təkan verib. Görkəmli siyasi və ictimai xadimlərin başçılığı ilə hökumətləri, parlamentləri, ictimai təşkilatları təmsil edən nümayəndə heyətlərinin müntəzəm keçirilən qarşılıqlı səfərləri yaxşı bir ənənəyə çevrilib və heç şübhəsiz, bu cür səfərlər ölkələrimiz arasında mövcud dostluq əlaqələrini möhkəmləndirir.

Mən, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin başda olmaqla bu gün bu zalda olan, Rusiya hökumətini, parlamentini, Olimpiya Komitəsini təmsil edən ali qonaqları ürəkdən salamlamaq, sizə dərin hörmətimi və minnətdarlığımı bildirmək istəyirəm ki, Siz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə çox böyük töhfə verirsiniz və Azərbaycanın əsl dostlarısınız".

Birinci xanımın sözlərinə görə, iqtisadiyyatda elə ənənəvi sahələr var ki, orada ölkələrimiz arasında əməkdaşlıq və tərəfdaşlıq çox uğurludur: "Buraya energetika sektoru, nəqliyyat, maşınqayırma, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları aiddir. Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi dörd milyard ABŞ dollarına yaxındır. Rusiya Azərbaycanın ümumi idxalında aparıcı yerlərdən birini tutur və iqtisadi əlaqələrin genişlənməsi meyli, heç şübhəsiz, çox müsbət amildir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. Bir sıra məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Rusiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini dəstəkləmiş 155 dövlətdən biri olub. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinin və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunmasının əleyhinə səs verib.

Bizim humanitar əlaqələrimizi xüsusi qeyd etmək istəyirəm. Ona görə ki, mədəniyyət, humanitar əlaqələr insanlar və xalqlar arasında ünsiyyətin əsasıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra respublikada rus dilində təhsil tam həcmdə qorunub saxlanıb. Ölkədə təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Fakültələrinin sayı artmaqda olan bu filial Azərbaycanda aparıcı təhsil ocaqlarından birinə çevrilib. İki dövlətin prezidentlərinin təşəbbüsü ilə hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkələrimiz arasında humanitar əlaqələrin inkişafının parlaq göstəricisidir. Bu forumda Azərbaycan və Rusiyanın görkəmli siyasi xadimləri, ekspertlər, elmi və yaradıcı ziyalıların nümayəndələri iştirak edirlər. Azərbaycanda keçirilən musiqi festivalları, məsələn, Rostropoviç adına festival və Qəbələ festivalı Rusiyanın görkəmli, dünya şöhrətli musiqiçilərinin və aparıcı kollektivlərinin çıxış etdiyi ənənəvi platformaya çevrilib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyini ayrıca qeyd etmək istərdim. Bu təşkilat nisbətən yaxın vaxtlarda yaradılıb. Lakin bu təşkilat Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri sıx birləşdirib və onların Rusiya cəmiyyətinə inteqrasiyası prosesinə kömək edir.

İdman sahəsində, Olimpiya hərəkatında bizim çox yaxşı tərəfdaşlıq əlaqələrimiz var. Fürsətdən istifadə edib sizi 2014-cü ildə Soçidə çox parlaq şəkildə təşkil edilmiş və keçirilmiş Qış Olimpiya Oyunları və əlbəttə, rusiyalı idmançıların yüksək nəticələr göstərərək, komanda hesabında birinci yeri tutmaları münasibətilə bir daha təbrik etmək istərdim. Həmin Oyunları həm də ona görə böyük maraqla izləyirdik ki, biz də tezliklə bu cür genişmiqyaslı və mühüm idman tədbirini təşkil etməli və ona ev sahibliyi etməli idik".

Mehdriban Əliyeva bildirib ki, bu gün Azərbaycanda idmanın, olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin prioritetlərindən biridir: "Biz müstəqil dövlət kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirik və atletlərimizin göstərdiyi nəticələrlə haqlı olaraq fəxr edirik. Londonda keçirilmiş sonuncu Yay Olimpiadasında bizim komanda 10 medal, o cümlədən iki qızıl medal qazanıb və Avropa ölkələri arasında 12-ci, bütün iştirakçılar arasında 30-cu yeri tutub. Keçən il Çində yeniyetmələr arasında keçirilmiş Olimpiya Oyunlarında bizim komanda, gənc atletlərimiz 12 medal, o cümlədən 5 qızıl medal qazanaraq 200-ə yaxın iştirakçı komanda arasında onuncu yeri tutub.

Azərbaycanda idman infrastrukturunun qurulmasına və modernləşdirilməsinə böyük diqqət yetirilir. Son 10 ildə ölkədə 40-dan artıq müasir Olimpiya Mərkəzi inşa edilib. Təbii ki, bunun nəticəsində idmanla məşğul olan, idmanı özünün peşəkar fəaliyyəti kimi seçən gənclərin sayı ildən-ilə artır, onların qarşısında gözəl perspektivlər və imkanlar açılır.

Bizim ölkədə iri beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində yaxşı təcrübə toplanıb. Bakıda müntəzəm olaraq idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Bu tədbirlərin təşkilinin yüksək səviyyədə olması həm idmançılar, həm də nümayəndə heyətlərinin üzvləri tərəfindən qeyd edilir.

Bir sözlə, bütün bu amillər və idmançılarımızın uğurları, idmana dövlət tərəfindən göstərilən güclü dəstək, müasir idman infrastrukturu və əlbəttə, ölkəmizin sürətli inkişafı Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi haqda qəbul etdiyi qərarın əsasını təşkil edib. Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək. Onlar 16-sı Olimpiya idman növləri olmaqla 20 idman növündə yarışacaqlar. Təbii ki, Bakı Oyunları bütün gələcək Oyunlar üçün səviyyə, standart müəyyən edəcək. Oyunlara hazırlaşmaq üçün bizə cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindəyik. Çox güclü Təşkilat Komitəsi bunun üçün zəruri olan bütün işləri görür. Biz beynəlxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar ilə əməkdaşlıq edirik. Könüllülər bizi çox güclü dəstəkləyirlər. Azərbaycanda minlərlə gənc bu Oyunlarda könüllü olmaq arzusunu bildirib. Bütün idman obyektlərinin tikintisi artıq başa çatdırılıb və Oyunların iyunun 12-də keçiriləcək açılışına qədər nəzərdə tutulan bütün 35 test tədbiri keçiriləcək. Biz Atletlər Kəndi ilə haqlı olaraq fəxr edirik. Əminəm ki, rusiyalı idmançılar bu kənddə yaşamaqdan böyük məmnunluq duyacaqlar. Çünki biz həm yarışlara hazırlaşmaq, həm də istirahət üçün maksimum rahat şərait yaratmağa çalışmışıq. Biz Media Kəndi ilə də fəxr edirik. Bu qurum məxsusi olaraq media nümayəndələri üçün yaradılıb və o da ən yüksək dünya standartlarına uyğundur. Oyunları mindən çox yerli və xarici reportyor işıqlandıracaq, 50-dən çox şirkət Oyunların 100-dən artıq ölkədə yayımlanmasını təmin edəcək.

Əlbəttə, biz birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi istəyirik ki, qonaqlarımız bizim ölkəmiz – Azərbaycan haqqında daha çox məlumat əldə etsinlər. Azərbaycan müstəqil dövlət kimi gəncdir, lakin bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti var. Bildiyiniz kimi, bizim paytaxtımız Bakı şəhəri Böyük İpək Yolu üzərində, Qərb ilə Şərqin qovuşuğunda yerləşir və bir sıra mədəniyyətlərin və sivilizasiyaların ruhunu mənimsəyib. Biz çox geniş və maraqlı mədəni proqram hazırlamağa çalışmışıq və ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər. İndi, Oyunların başlanmasına cəmi 2 ay qaldığı bir vaxtda bizim bütün komandamız öz səylərini hazırlıq işlərinin finalı üzərində cəmləşdirib. Lakin mən artıq bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırdır. Biz hamımız möhtəşəm bir bayram – sülh, dostluq və idman bayramı ərəfəsindəyik. Əminəm ki, birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək.

Əziz dostlar, fürsətdən istifadə edib sizin hamınızı Bakıya gəlməyə, bu Oyunlarda iştiraka dəvət etmək istəyirəm. Gəlin, idmançılarımıza, komandalarımıza birlikdə azarkeşlik edək.

Qonaqpərvərliyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Sağ olun".

Sonra Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çıxış etdi. O vurğuladı ki, Avropa Olimpiya Komitəsi mühüm və düzgün qərar qəbul edib – Avropaya öz Oyunları lazım idi.

A.Jukov dedi: "Çox yaxşı haldır ki, bu birinci Avropa Oyunları möhtəşəm, gözəl Bakı şəhərinə, Azərbaycana həvalə edilib. Bu, həqiqətən çox düzgün qərardır. Biz Azərbaycanda idmanı necə sevdiklərini bilirik. Onu da bilirik ki, Bakı çoxsaylı iri yarışları parlaq səviyyədə keçirib, bu sahədə çox böyük təcrübəsi var”.

Rusiya Olimpiya Komitəsinin rəhbəri bildirdi ki, Bakı gözəl, möhtəşəm şəhər olmaqla bərabər, həm də idman şəhəridir. A.Jukov vurğuladı: "Mən əsla şübhə etmirəm ki, Bakı bu Oyunları parlaq səviyyədə keçirəcək”.

Rusiya Olimpiya Komitəsinin prezidenti qeyd etdi ki, onun ölkəsi qarşıdakı Avropa Oyunlarına çox ciddi münasibət bəsləyir. Rusiya komandasının tərkibində ən güclü idmançılar olacaq.

Aleksandr Jukov dedi: "Bizim yaxşı bir ənənəmiz var – Rusiya Komandası Evi yaratmaq ənənəsi. Biz Bakıda da belə bir ev yaratmaq istəyirik. Orada bizim müştərək idman tariximiz nümayiş etdiriləcək. Bu, həm Bakı sakinləri, həm də Oyunlara gələnlər - xarici turistlər, əcnəbi azarkeşlər, bizim Rusiya komandasının azarkeşləri üçün çox maraqlı olacaq. Həm Təşkilat Komitəsinə, həm də Avropanın ən yaxşı idmançılarını Bakıda qəbul edəcək hər kəsə uğurlar arzulamaq istərdim”.

Sonra mərasim iştirakçıları "Bakı–2015” birinci Avropa Oyunlarına həsr edilmiş filmə baxdılar. Filmdə "Bakı–2015” Oyunlarına hazırlıq işləri, Azərbaycanın paytaxtında yarışlar ilə əlaqədar həyata keçirilən mühüm layihələr əks olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ