Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, təlim poliqonunda rayon fəalları ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən və xalq qarşısında hər kəsin məsuliyyətinə diqqət çəkərək bu tədbirdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.
Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizdə qısa bir müddət ərzində xeyli iş görüldüyünü xüsusi qeyd edən nazir əsgər və zabitlərimizin, o cümlədən təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb.
Təlimlərdə iştirak edən şəxsi heyətlə görüşən, silah-sursat və döyüş texnikası ilə tanış olan qonaqlar Silahlı Qüvvələrimizin təminatından, əsgər və zabitlərimizin vətənpərvərlik ruhundan razı qaldıqlarını bildiriblər.