İ. Popov sonuncu dəfə fevral ayında bölgəyə səfər etdiklərini xatırladıb: "May-iyun aylarında yenidən regiona səfər etməyi nəzərdə tutmuşuq. Bunun üçün gələn ay bir araya gələrək səfərimizin vaxtını müzakirə edəcəyik. Hələlik, səfərin konkret vaxtı təyin olunmayıb”.
Diplomat Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün əsaslı gündəliyin hazırlanması üzərində çalışdıqlarını deyib: "Əlbəttə ki, prezidentlərin görüşünü keçirməyi planlaşdırırıq. Bundan əvvəl isə xarici işlər nazirlərinin görüşünü keçirib, prezidentlərin danışıqlarına hazırlıq məsələlərini müzakirə etməliyik. Bütün bunları həmsədrlər gələn ay bir araya gələrək müzakirəyə çıxaracaq”.