Ermənistanın ordusunun baş çavuşu, Araqasotn vilayətinin Niqavan kənd sakini, 43 yaşlı Ayk Keşişoğlyanın nə vaxt öldürüldüyü müəyyənləşib.
APA-nın Ermənistanın "Qraparak” qəzetinə istinadən verdiyi məlumata görə, Niqavan kənd icra nümayəndəsi Artaşes Qalstyan baş çavuşun ölümünün detallarından danışaraq hadisənin 3 aprel gecəsi baş verdiyini bildirib. O deyib ki, hadisə şimal-şərq sərhədində baş verib və Keşişoğlyan 3 güllə yarası alaraq ölüb. Ermənistan Müdafiə Nazirliyi isə hadisə haqqında aprelin 7-də məlumat yayıb. Bir neçə gün ərzində mətbuatın verdiyi sorğulara rəsmi qurumlar tərəfindən heç bir cavab verilməyib.