Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in məlumatına görə, Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığını vurğulayıb və əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd edib.