Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan dili barədə Dövlət Proqramının icrasına həsr olunmuş konfrans keçirildi

Image


Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının və Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun birgə təşəbbüsü ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrasına həsr olunmuş konfrans keçirilib.
Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq Azərbaycan dilinin zəngin çalarlara malik olduğunu bildirib və əlavə edib ki, dilimizin qorunması və gələcək nəsillərə miras kimi saxlanması dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifədir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Proqram təkcə əlaqədar təşkilatlar deyil, ictimai missiya daşıyan medianın da üzərinə mühüm öhdəliklər qoyur. Çünki media fəaliyyəti birbaşa dillə bağlıdır və onun qayda-qanunlarına riayət edilməsi başlıca olaraq kütləvi informasiya vasitələrinin fəaliyyətindən asılıdır.
Mətbuat Şurası yarandığı gündən mediada ədəbi dilin qorunması məsələlərinə önəm verir. Artıq neçə ildir ki, mövcud istiqamətdə layihələr reallaşdırmaqdadır. Qurumun Dil komissiyası, eyni zamanda sırf dil məsələləri ilə bağlı fəaliyyət göstərən monitorinq qrupu vaxtaşırı hesabatlar verir", - deyən Ə.Amaşov bütün bunların Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin icrasına dəstək baxımından reallaşdırıldığını vurğulayıb və mövcud istiqamətdəki işlərin gələcəkdə də davamlı xarakter daşıyacağını bildirib.
AMEA-nın Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev Azərbaycanda heç vaxt dilçiliyə və dilçilik elminə hazırkı qədər diqqətin ayrılmadığını diqqətə çatdırıb. Dövlət Proqramını bu diqqətin bariz nümunəsi kimi dəyərləndirən T.Hacıyev bildirib ki, sənəddən irəli gələn vəzifələrin reallaşdırılması rəhbərlik etdiyi qurumun struktur baxımından yenilənməsinə və daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan yaradıb. İnstitut Naxçıvan Dialektoloji Atlasını hazırlayıb. Hazırda Qarabağ, Dərbənd və Gürcüstan azərbaycanlılarının dialektoloji atlaslarının hazırlanması istiqamətində iş aparılmaqdadır. Direktor çıxışında həmçinin mətbuatda əcnəbi dillərdən alınma sözlərin, yeri gəldi-gəlmədi, istifadəsi ilə bağlı meyllərdən də söz açıb.
Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev ölkəmizin televiziya və radio məkanında ana dilimizin işlədilməsi ilə bağlı xarakterik cəhətlərə diqqət yetirib. Xüsusən də xarici filmlərin dublyajında, bir sıra aparıcı və diktorların danışıqlarında ədəbi dilin norma və qanunlarına riayət edilmədiyini vurğulayıb. Q.Cəbiyev problemlərə baxmayaraq, ümumən ədəbi dilin qorunması sahəsində müsbət dinamikaya nail olunduğunu da diqqətə çatdırıb. Sədr müavini həmçinin Dövlət Proqramında Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliğini nəzərdə tutan müddəaların yer aldığını və buna daha həssas yanaşılmasının zəruriliyini əsaslandırıb.
MŞ İdarə Heyətinin üzvü, qurumun Dil komissiyasının rəhbəri, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini qazanması ona ana dilini yenidən qazandırdı. Fikrinə aydınlıq gətirən B.Sadıqov vaxtilə Bakı şəhərində Azərbaycan dilində danışanlara həqarətlə yanaşıldığını xatırladıb. Deputat bu xoşagəlməz vəziyyətin aradan qaldırılması istiqamətində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb, Prezident İlham Əliyevin də hakimiyyəti illərində ölkədə dilçiliyin inkişafına daha böyük diqqət göstərildiyini önə çəkib. O həmçinin medianın hazırkı struktur baxımından dil məsələlərinə önəm verməsini mümkünsüzləşdirən səbəblərə də nəzər salıb. Misal olaraq hazırda bir çox redaksiyalarda korrektor ştatının yoxluğunu deyib.
Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı çıxışına Azərbaycan dilinə olan xarici təsirlərin mövcudluğunu vurğulamaqla başlayıb. Mənfi təsirlərdən qorunmaq üçün ana dilimizi xarici dillər qarşısında üstün edən cəhətlərə diqqət yetirməyin zəruriliyini əsaslandıran deputat mövcud prosesdə medianın da mühüm missiya daşıdığını bildirib. O, dünyanın bir çox yerlərində dil polisi deyilən nəzarət mexanizminin fəaliyyət göstərdiyini qeyd edərək bildirib ki, bütün bu tədbirlər dilin millətin varlıq simvolu kimi dəyərləndirilməsindən qaynaqlanır.
MŞ-nin mətbuatda ana dilinin işlənilməsi ilə bağlı vəziyyəti araşdıran monitorinq qrupunun rəhbəri, "Xalq qəzeti"nin şöbə müdiri İlham Abbasov çıxışında ölkənin aparıcı kütləvi informasiya vasitələrində yol verilən dil pozuntularının xarakterik cəhətlərindən söz açıb. O xüsusən üslub və nitq pozuntularının çoxluğuna diqqət çəkərək buradakı iki məqamı göstərib. Birincisi, bir çox jurnalistlər Azərbaycan dilini doğru-dürüst bilmirlər, ikincisi, yazdıqları sahənin peşəkarı deyillər. İ.Abbasov Azərbaycanda dil sahəsində bir çox dövlət sənədlərinin qəbul olunduğunu xatırladıb və əlavə edib ki, qanunvericilikdə dil pozuntusuna görə konkret məsuliyyət müəyyənləşdirilib.
Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, "Gündəlik teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları dil sahəsindəki pozuntu faktlarını doğuran cəhətlərin təhlilini veriblər. Onlar belə hallara qarşı mübarizənin qanunlar çərçivəsində sərtləşdirilməsinin, eyni zamanda ictimai qınaq tədbirlərinin də gücləndirilməsinin vacibliyini əsaslandırıblar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ