Azərbaycanda qeydiyyatdan keçmiş 55 siyasi partiyadan bu günə qədər yalnız 22-si illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Trend-in məlumatına görə, bu barədə komissiyanın bu gün keçirilən iclasında bildirilib.
Qeyd olunub ki, həmin partiyalar haqqında qanuna uyğun şəkildə müvafiq tədbirlər görüləcək.
MSK sədri Məzahir Pənahov bildirib ki, maliyyə əməliyyatlarının olub-olmamasından asılı olmayaraq, dövlət qeydiyyatından keçmiş siyasi partiyalar illik maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir.
Qeyd edək ki, siyasi partiyalar 2014-cü il üzrə maliyyə hesabatlarını aprelin 1-nə qədər MSK-ya təqdim etməli idi.
APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, bu partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verilməlidir. Qurumun katibi Mikayıl Rəhimov tanınmış partiyaların tanınmayan, bir özləri, bir möhürləri olan, vergi verməyən partiyaların hesabat təqdim etmədiyini söyləyib. O, Ədliyyə Nazirliyinə müraciət edilməsini, nazirlik tərəfindən həmin partiyaların fəaliyyətinin araşdırılmasını zəruri sayıb. MSK sədri Məzahir Pənahov qeyd edib ki, bu partiyaların fəaliyyəti indiyə qədər Ədliyyə Nazirliyi tərəfindən dayandırılmayıb: "İstəmirik ki, Ədliyyə Nazirliyi MSK-nın fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın”.