Bununla bağlı dərc olunan materiallarda bildirilir ki, görüşdə Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri regional layihələrdən söhbət açılıb. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bu yaxınlarda TANAP layihəsi ilə bağlı önəmli addımın atıldığını vurğulayıb. Əli Həsənov qeyd edib ki, bu, iki ölkə arasında təbii qaz və neft ilə bağlı məsələlərdə Azərbaycanın Türkiyəyə verdiyi dəyərin göstəricisidir.
Ölkələrimiz arasındakı münasibətlərə də toxunan Əli Həsənov qeyd edib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət məhz Türkiyə olub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bu gün Azərbaycan və Türkiyənin strateji tərəfdaş olduğunu deyib.