Konsul bildirib ki, Moskvaya yola salınan şəxslər Cəfərov Rüstəm və onun həyat yoldaşı Marina Valerinadır: "Digər 7 nəfər azərbaycanlı isə Sana şəhər aeroportunda gözləyir. Onların da bu gün ya Rusiya, ya da Türkiyə vasitəsiilə təxliyə olunacaqları gözlənilir. Səfirlik prosesi daim diqqətdə saxlayır”.