Bazar günü günü, 08 noyabr 2026
     

Ərəstun Mehdiyev: “Qələbə Günü Azərbaycan üçün xüsusi məna ilə doludur”

Image


Qələbə Günü bayramı sakinləri faşist qoşunlarının hücumlarına şərəflə davam gətirən, rəşadət və qəhrəmanlıq göstərərək bəşəriyyəti XX əsrin qorxunc taunundan xilas edən keçmiş Sovet respublikaları üçün xüsusi məna ilə doludur. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev "Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Böyük Vətən müharibəsində qələbə bizim ümumi dəyərimizdir: "Azərbaycan xalqı bəşəriyyət tarixinin ən amansız müharibəsində digər xalqlarla çiyin-çiyinə vuruşub və ümumi ölkəmizin hər qarış torpağını qoruyub. Həmin ağır yoxsulluq dövründə 700 min həmyerlimiz cəbhəyə yollanıb və onların yarısı müharibədən geri qayıtmayıb”.

Ə.Mehdiyev qeyd edib ki, həmin illərdə Azərbaycanda 130-dan çox adda silah-sursat istehsal edilirdi: "Məhz Azərbaycan cəbhəni neft və neft məhsulları ilə təmin edirdi. Azərbaycan xalqı bu müharibədə həlak olan qəhrəmanların xatirəsini yad edir”.

Şöbə müdirinin müavini Azərbaycanda müstəqilliyin ilk illərində Böyük Vətən müharibəsinə olduqca ziddiyyətli qiymət verilməsi və ölkənin tarixindən bu parlaq səhifəni çıxartmaq cəhdləri ilə bağlı təəssüfünü ifadə edib: "Lakin Heydər Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkədə Qələbə Gününə və veteranlara münasibət yaxşı mənada dəyişdi”.

O, tədbir iştirakçılarına Heydər Əliyevin sözlərini xatırladıb: "Tarix tarixdir və 1941-1945-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələridir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq. Bu dövrün insanlarını həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik […]”.

Ə.Mehdiyev əlavə edib ki, hazırda Azərbaycan rəhbərliyi Böyük Vətən müharibəsi veteranlarına qayğı və diqqət göstərməyə davam edir: "Hər il Azərbaycanda Qələbə Günü təntənəli şəkildə qeyd edilir və Prezident İlham Əliyev veteranlarla şəxsən görüşür, onları təbrik edir”.

PA rəsmisinin sözlərinə əsasən, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində ölkədə müvafiq tədbirlər keçirilir: "Bu ilin fevralında Azərbaycan Prezidentinin sərəncamı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı təsdiq edilib. Dövlət başçısı, həmçinin Azərbaycandan olan iştirakçıların "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bundan başqa, veteranların sosial həyatının yaxşılaşdırılmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirilir, o cümlədən onlara avtomobillər, prezident təqaüdləri verilir, birdəfəlik maddi yardımlar ayrılır və sair"

O, qeyd edib ki, hər şeyə rəğmən, ən ağır sınaqlara tab gətirdik və mənəvi güc və qəhrəmanlıq nümayiş etdirərək müharibənin çətin yolunu şərəflə keçdik.

Ə.Mehdiyev deyib ki, həmin ağır günlərdə heç kəs heç bir kəsi özümüzünkü və yada bölmürdü və SSRİ xalqları bir-birinə kömək edərək eyni cərgədə müharibəni keçiblər: "Bəs hazırda nəyi müşahidə edirik? Faşist işğalçılarına qarşı keçmiş Sovet respublikalarının digər xalqları ilə yan-yana, fədakarcasına vuruşan Azərbaycan xalqı ölkənin 20 faiz torpağını işğal etmiş Ermənistan tərəfindən açıq hərbi təcavüzə məruz qalır. Təəssüf ki, bu işğal nəticəsində zərər görmüş və həlak olmuş dinc sakinlər arasında veteranlar da var”.

Onun sözlərinə görə, erməni işğalı nəticəsində Böyük Vətən müharibəsinin bir çox veteranları qaçqın və məcburi köçkünə çevrilib: "Ermənistan 20 ildən artıqdır Azərbaycana qarşı işğalçı siyasət yürüdür. Hazırda işğalın dayandırılması və münaqişənin ədalətli şəkildə nizamlanması məsələsində MDB ölkələrinin anlayışına və dəstəyinə ümid edirik. Görəsən, Ermənistan Böyük Vətən müharibəsindən dərs çıxarmayıb? Böyük Vətən müharibəsinin bütün bəşəriyyət üçün əhəmiyyətini başa düşməyib? Mahiyyətcə orada faşizm ideologiyası canlandırılır. Faşizm ideologiyası milli üstünlük nəzəriyyəsini yenidən yaradır”.

Ə.Mehdiyev xalqların birliyi məqsədinə xidmət edən bugünkü beynəlxalq konfrans kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib: "Son dövrlər Böyük Vətən müharibəsinin nəticələrini təftiş etməyə cəhdlər göstərilir. Bu zaman Sovet İttifaqının faşizm üzərində qələbəsindəki rolu inkar edilir. Biz nasist cinayətkarların və onların keçmiş Sovet respublikalarında, o cümlədən Ermənistanda Njde Qaregin kimi köməkçilərinin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış edirik. Onların ətrafında qəhrəman şöhrəti yaratmaq üçün Rusiyanın məkanından və resurslarından qismən istifadə olunur”.

Tədbir "Şimal-Cənub" Politologiya Mərkəzi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ