Onun sözlərinə görə, martın 31-də onların "Türkiyə Hava Yolları” vasitəsilə Cibutiyə uçması təxirə salınıb: "Təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanı buna icazə vermədi. Çünki təyyarə vurula bilərdi. Bu gün Türkiyə tərəfi saat 12:00-da təkrar təyyarə göndərərək, onların Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə, daha sonra İstanbula uçacağını bildirmişdi. Lakin bu məsələ də Efiopiya tərəfinin icazəsi olmadığından qalıb. Hazırda 9 Azərbaycan vətəndaşı hava limanında gözləyir. Rusiya tərəfi də Azərbaycan vətəndaşlarının təxliyə edilməsi ilə bağlı kömək edə biləcəyini deyib. Lakin vətəndaşları çox olduğu üçün Rusiya əvvəlcə öz vətəndaşlarını, aprelin 4-də isə Azərbaycan vətəndaşlarını çıxarmağı planlaşdırır. Ya Türkiyə, ya da Rusiya vasitəsilə onların təxliyə olunması planlaşdırılır”.
Konsul bildirib ki, 9 nəfər konsulluq qeydiyyatında olmayan şəxslərdir və onlarla müxtəlif vasitələrlə əlaqə saxlanılıb: "Rəsmi konsulluq qeydiyyatında olan 3 soydaşımız onların arasında deyil. Onlar Ədən şəhərində yaşadıqları və orada sakitlik olduğu üçün çıxmaq istəmirlər”.