Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Bakıda II Dünya Müharibəsində Böyük Qələbənin 70 illiyinə həsr olunan böyük konfransdan öncə jurnalistlərə açıqlamasında deyib.
Ə.Mehdiyev bildirib ki, Azərbaycan arxa cəbhədə də böyük işlər görüb: "Həm neft, həm də digər təsərrüfat sahələrində qələbənin qazanılmasına öz töhfəsini verib. Ona görə də biz bu gün o qələbəni qazananlar qarşısında öz minnətdarlığımızı bir daha ifadə edərək onların hörmətini uca tutur və bu qələbəni bu günki bizim həyatımızda, azadlığımızın təmin olunmasında və gənclərimizin yetişməsində əlbəttə ki, yüksək qiymətləndiririk. Bu baxımdan da hesab edirəm ki, bu qələbənin qeyd olunması hər il bütün dünyada, MDB məkanında olduğu kimi Azərbaycanda da təşkil olunmalıdır. Biz də bugünki ənənələrə sadiq qalaraq bu böyük konfransı keçiririk. Azərbaycan xalqının göstərdiyi xidmətləri burada qeyd edəcəyik".