"Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən səsləndirilən fikirlər onun şəxsi mövqeyidir və Azərbaycan Respublikasının rəsmi mövqeyini əks etdirmir”.
Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Yəmən hadisələri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin söylədiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycanda din dövlətdən ayrıdır. "Azərbaycan Respublikasının xarici siyasət məsələləri ilə əlaqədar rəsmi mövqeyi Azərbaycan Respublikasının Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunur”, - deyə Hikmət Hacıyev bildirib.