Nazirlik bəyan edir ki, bu yaxınlarda "Dağlıq Qarabağın müdafiə naziri” Movses Akopyanın telefon danışığının audio yazısının ictimailəşməsi bunun əyani sübutudur.
Cəbhədə erməni tərəfinin itkilərin gizlədilməsinə gəldikdə isə, həqiqətən erməni tərəfi bütün iyrənc üsullardan istifadə edərək xeyli sayda olan itkilərini gizlədir: "Bütün bunlara baxmayaraq, erməni mətbuatının yaydığı rəsmi məlumatları izləsəniz, ermənilərin itkilərinin statistikasını açıq-aydın görə bilərsiniz. Hətta, rəsmi məlumatlar əsasında yayılan xəbərlər istər Ermənistan Respublikasında, istərsə də düşmən ordusunda vəziyyətin nə qədər acınacaqlı, dözülməz və şəraitin yaxşılığa doğru bərpasının ümidsiz olduğunu açıq-aydın göstərir. Buna bariz nümunə isə martın 22-də Azərbaycan tərəfinə könüllü surətdə keçmiş erməni hərbi qulluqçusu A.Qriqoryanın səsləndirdiyi fikirlərdir”.