Bazar günü günü, 08 noyabr 2026
     

Şərqşünaslıq İnstitutu ermənilərin Cənubi Azərbaycanda xalqımıza qarşı törətdiyi soyqırım aktlarını araşdırır

Image


Şərqşünaslıq İnstitutu ermənilərin Cənubi Azərbaycanda xalqımıza qarşı törətdiyi soyqırım aktlarını araşdırır. AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində əhəmiyyətli işlər görülür.

İnstitut əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların Arazın hər iki tayında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var. Bu mənada İnstitutda görkəmli İran tarixçiləri Səməd Sərdariniya və Tohid Məlikzadə Dilməqaninin əsərlərinin fars dilindən tərcümə edilərək nəşr edilməsi təqdirəlayiqdir.

S.Sərdariniyanın "Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabında erməni quldur dəstələrinin rus və ingilis hərbi qüvvələrinin köməyinə arxalanaraq Türkiyə, İran və azərbaycan ərazilərində çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabazara çevirmələri, yüz minlərlə günahsız insanların qətliamını təşkil etmələri tutarlı sənədlər və mənbələr əsasında açılıb göstərilir.

Müəllifin digər "İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı tarixi faktları ortaya qoymaq, erməni və onlara havadarlıq edən ölkələrin "siyasətçilərinin”, "tarixçi alimlərinin” yalan və uydurmalarını ifşa etmək məqsədi ilə qələmə alınıb. Kitab İnstitut tərəfindən tərcümə olunaraq nəşr edilmişdir. Müəllif kitaba yazdığı müqəddimədə qeyd edir ki, İran – Rusiya müharibələrindən, xüsusilə də Türkmənçay müqaviləsindən sonra ermənilərin Çuxursəd vilayətinə (indiki Ermənistan Respublikası ərazisinə) və onun mərkəzi İrəvana köçürülməsinə rusların birbaşa himayədarlıq etmələrinə və "məşəqqətlər görmüş millətə” hər cür dəstək vermələrinə baxmayaraq, 1918-ci ilə qədər ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etməyiblər. Yeri gəlmişkən, alim tarixi faktları səsləndirərkən erməni müəlliflərinə də istinad edib.

"İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı İrəvanın ilkin yaşayış məskəni kimi formalaşması mərhələsindən başlayaraq burada yaşayan müsəlmanların (azərbaycanlıların) daşnakların əli ilə kütləvi şəkildə qətlə yetirilməsinə qədərki böyük tarixi mərhələni əhatə edir. Kitabın ilk hissələrində müəllif tarixi sənədlər və fotolar əsasında rus işğalı ərəfəsində İrəvanın tarixi-coğrafi mənzərəsini, şəhərin türk-müsəlman memarlığı əsasında yaradılmış arxitektura quruluşunu, mədəniyyət abidələrinin, dini mərkəzlərin (yeddi məscidin), karvansaraların və digər ictimai müəssisə və təşkilatların şəklini oxucuya təqdim etməklə onun tarixi bir müsəlman-türk şəhəri olduğunu sübut etməyə nail olub.

S.Sərdariniya kitabın "İrəvan Türkmənçay müqaviləsindən sonra” adlı bölməsində İrəvanda müharibədən sonrakı vəziyyəti, bu müsəlman şəhərində rusların ermənilərə himayədarlıq etmələrini son dərəcə dəqiq və ciddi şəkildə araşdırıb. Müəllif 1985-ci ildə Ermənistan Respublikasında çap olunmuş "Ermənistan tarixi” adlı kitaba əsaslanaraq Türkmənçay müqaviləsindən sonrakı ilk dövrlərin müqayisəli statistikasını təqdim edib: "...bu zaman İrəvanda 1805 azərbaycanlı ailəsinə qarşı cəmi 567 erməni ailəsi olub”.

Bundan sonra isə rusların özlərinin hazırladıqları hesabatdan istifadə edən alim Türkmənçay müqaviləsindən əvvəlki və ondan sonrakı dövrlərdə İrəvan və Naxçıvan xanlıqlarında əhalinin milli tərkibinə aid rəqəmlərin müqayisəli təhlilini təqdim edib: "Kameralnoe opisanie” adlanan sənəddə göstərildiyi kimi, 1828-ci il müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanlı türk-müsəlman bu iki xanlığı (İrəvan və Naxçıvan) tərk etmək zorunda qaldı və İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman əhalinin sayı 93 min nəfərə qədər azaldı. Dörd il sonra, yəni 1832-ci ildə müsəlmanların sayı 82.373 nəfərə qədər azaldı. Lakin həmin 4 il müddətində, yəni 1828-1832-ci ilə qədərki dövrdə ermənilərin sayı 25.151 nəfərdən 82.377 nəfərə qədər qalxdı. Bir sözlə, erməni əhalinin sayı 3 dəfə artdı”.

Bu, bir millətin didərgin salınması, digər millətin zorakı yolla hakim mövqeyə gətirilməsi demək idi. Daha sonra müəllif ermənilərin İrandan və Osmanlı Türkiyəsindən bu bölgəyə köçürülməsini təsvir edir. Kitab tarixi təhrif edənlərə, bu gün dünyada məzlum erməni obrazı yaratmaq istəyənlərə, "Böyük Ermənistan” xülyası ilə yaşayanlara və bu məqsədlə azərbaycanlıların vəhşi obrazını yaratmaq istəyənlərə tutarlı cavabdır.

Digər İran müəllifi Tohid Məlikzadənin "Güney Azərbaycan I Dünya müharibəsi illərində” adlı əsərində 1914-1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdan bəhs olunur. Müəllif əsəri yazarkən əsasən Osmanlı arxivlərindən istifadə edib. Bundan başqa xatirələrdən, rəsmi məktublardan və həmin dövrə aid olan qəzet materiallarından da istifadə olunub. Kitab İnstitut əməkdaşları tərəfindən farscadan tərcümə edilərək çap olunub.

İnstitutda icra olunan elmi-tədqiqat işlərindən "Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı soyqırım (1917-1919-cu illər)” adlı dissertasiya işini xüsusi qeyd etmək lazımdır. Əsərdə 1918-ci il Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi soyqırım aktları müfəssəl araşdırılır. Soyqırımın törədilməsində məqsəd isə aborigen əhalini məhv etmək və demoqrafik mənzərəni ermənilərin xeyrinə dəyişməklə "Böyük Ermənistan” üçün real şərait yaratmaq idi.

Farsdilli mənbə və qaynaqlar əsasında hazırlanan tədqiqat işinin əsas hissəsini Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlər) birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətməsinin araşdırılıb təhlil edilməsi təşkil edir. 1918-ci ilin əvvəllərində başlanan və 6 ay davam edən soyqırımda Urmiya gölünün cənubunda yerləşən Sulduz mahalından tutmuş şimalda Xoy şəhərinə qədər geniş bir ərazidə yerləşən Urmiya və Salmas başda olmaqla bütün şəhər, qəsəbə və kəndlərdə azərbaycanlılar amansızcasına soyqırıma məruz qaldılar.

Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı törədilən soyqırımda insan tələfatının statistikası ilə bağlı 150-200 min arasında müxtəlif rəqəmlər qeyd edilsə də, ən dəqiq məlumat İran mərkəzi hakimiyyətinin göstərişi ilə soyqırımdan sonra yaradılan tələfat və baş verən maddi ziyanı siyahıya alan komissiyanın hesabatında öz əksini tapıb. Həmin hesabata əsasən "I Dünya müharibəsi başlayandan komissiya yaranana qədər sadəcə qeydə alınan və hesablama vərəqələrində göstərilən can itkisi 160 min nəfər, maddi ziyan isə təxminən 160 kror tümən idi... Xəsarət və insan tələfatı siyahıya alınmayan məntəqələr də hesablanarsa, dəyən maddi xəsarət 200 kror tümən, insan itkisi isə 200 min nəfər olur” (Rəhmətulla xan Mötəmidəlvüzəra. Urmiye dər moharebe-ye aləmsuz. Bekuşeş-e KaveBəyat. Nəşr-e "Pəjuh-e Şiraze”, Tehran, 1379 (2000), s. 230, 585 s.).

Əsər xalqımıza qarşı törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün göstərilən səylərdən biri kimi qiymətləndirilə bilər.

İnstituta Cənubi Azərbaycanın tarixi, etnoqrafiyasi, mədəniyyəti, demoqrafiyası və s. ilə bağlı 79 adda son dərəcə əhəmiyyətli ədəbiyyat və xəritə daxil olub. Onların içində: İbrahim Faeqi. Azərbaycan dər məsir-e tarix (celd 1 və 2). Təbriz, enteşarat-e "Yaran”, 1377/1998; Azərbaycan dər mouc-e tarix. Bamoqəddeme-ye KavəBəyat. Tehran, Şiraze, 1379; Esfəndiyar Hacılı. Ruzşomar-e təqvim-e tarix-e Azərbaycan. Qum, enteşarat-e Bəxşayeş, 1393; Ebrahim Eskəndəriniya. Saxtar-e sazman-e ilat və şive-ye məişət-e əşayer-e Azərbaycan-e qərbi. Urumiye, enteşarat-e Ənzəli, 1366; Pərisa Qorbannejad. Ketabşenasi-ye tousifi-ye tarix-e Azərbaycan-e qərbi. Urumiye, daneşqah-e azad-e eslami, 1392; Qozareş-e eqtesadi, ectemai və fərhəngi-ye ostan-e Azərbaycan-e qərbi sal-e 1391. Urumiye, ostandari-ye Azərbaycan-e qərbi, 1392; Məhəmmədrza Məhəmmədquluzad. Azərbaycan-e qərbi dər ayine-ye təqsimat-e keşvəri-ye comhuri-ye eslami-ye İran. Urumiye, Hisaməddin Çələbi, 1391; Ətləs-e şəhri-ye ostan-e İran. Tehran, moəssese-ye coğrafiya-yi və kartoqrafi-ye gitişenasi, 1393; Çohre-ye İran: rahnoma-ye gərdeşgəri-ye ostanha-ye İran. Tehran, moəssese-ye coğrafiya-o kartoqrafi-ye gitişenasi, 1392və sairə bu kimi kitablar var. Göstərilən ədəbiyyatın ətraflı tədqiqi xalqımızın çoxəsrlik tarixi və mədəniyyətinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ